"Şükriyyə" tamaşası Əhməd Cavadın xanımını bu dünyaya qaytardı

Xəyalımda qadın simvolunun heykəlinə çevrilən Şükriyyə Axundzadəni nəhayət canlı gördüm. Bəy qızının uşaqlıq xoşbəstliyi, şair sevdalısının qayğısız anları, istiqlal çarçısı arvadının dəhşətli məşəqqətləri duyğularıma hopdu.

İnandım: Əsər, quruluş, səhnə tərtibatı, işıq, musiqi, aktyor oyunu, anşlaq, tamaşaçı riqqəti bir nöqtədə birləşərək “Şükriyyə”ni teatr tarixinə həkk edəcək.

Əmin oldum: teatr klassik mədəniyyətin aşılanmasına imkan verməyəcək.

Dünən Şükriyyəni gördüm. Özüdür! Yaşayır! Sağ-salamatdır.

Xudaya şükr etdim!

Ceyhun Musaoğlu