Çavuşoğlu soyadı ilə "oynamaq" manipulyasiyadır


Bəzi saytlarda Türkiyənin keçmiş xarici işlər naziri, millət vəkili Mövlud Çavuşoğlunun qardaşının sui-qəsdə məruz qalması barəsində yayılan məlumatların başlıqlarında Jurnalistlaərin Etik Davranış Qaydalarının prinsiplərinə zidd mövqe nümayiş olunub.

Sərlöhvədə "Çavuşoğlu güllələndi" təqdimatı əslində oxucunu çaşdırmaq, məlumata süni maraq yaratmmaq məqsədi daşıyər, bu yanaşma manipulyasiyaya xarakterlidir. Güllələnən şəxs  Türkiyənin keçmiş xarici işlər naziri Mövlud Çavuşoğlunun qardaşıdır deyə, təkcə soyadı başlığa çıxarmaqla oxucunun diqqətini hadisəyə deyil, şəxsə yönəltməyə cəhd göstərilib. Yaxşı olardı ki, sərlöhvədə də güllənənən şaəxsin Mövlud Çavuşoğlunun qardaşı olduğu vurğulanardı. Belə təqdimat da oxucunun böyük diqqətinə səbəb ola bilər. 

Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydalarının "PRİNSİP 1: Həqiqətə xidmət, dəqiqlik və obyektivlik" bəndi pozulub. Həmin prinsipin "1.1 Jurnalistikanın ali məqsədi həqiqəti yaymaqdır, obyektivlik isə əsas peşəkarlıq meyarıdır" maddəsinə əməl olunmayıb. Beləliklə vurulan şəxsin məhz keçmiş nazir olduğu təsəvvürünü yaratmaq manipulyasiyadır.

Mediamonitorinq Qrupu