“İdrak” liseyi barədə mediada yazılanlarda daha bir Qayda pozuntusu - Monitorinq

Mediada “İdrak” liseyində baş verən hadisə, onun təfərrüatları, sonrakı günlər hadisə ilə bağlı məqamlar ətrafında jurnalistlərin etik davranış qaydalarının pozuntusu ilə müşahidə edilən hallar davam edir.

Növbəti dəqiqləşdirilməyən dezinformasiya xarakterli xəbər yayılıb. Əksər saytlarda xəbərdə başlığı belədir: "Müəllimin güllələndiyi liseyin direktoru vəzifədən uzaqlaşdırıldı".

Mətndə bu məlumat naməlum bir valideynə istinadən yayılıb və rəsmi olaraq təsdiqini tapmayıb. Xəbərin hazırlanması metadologiyasında da yanlışlıq var. Valideynə istinadən yazılan xəbər nə adıçəkilən liseylə, nə də Elm və Təhsil Nazirliyi ilə dəqiqləşdirilib. 

Belə formada məlumatın trajlanması Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydalarının PRİNSİP 1: Həqiqətə xidmət, dəqiqlik və obyektivlik - maddəsinin "1.2 Jurnalist hazırladığı yazıda tənqid obyektinin mövqeyini öyrənib bildirməlidir" müddəasının pozuntusudur

Mediamonitorinq Qrupu