Mayın 6-da Rusiyanın dövlət kanalı olan “1-ci” kanalın “zaman göstərər” (“vremya pokajet”) verilişində Azərbaycanın təhrif olunmuş xəritəsi nümayiş olunub və mövcud olmayan qondarma “Dağlıq-Qarabağ” ifadəsi yer alıb.
Bu hadisə beynəlxalq jurnalistika prinsiplərinin pozuntusudur. Belə bir ərazi olmadığına görə, məlumat yalan xarakterlidir, məqsəd isə manipulyasiyadır. Jurnalistikanın yalan xəbər yaymağa ixtiyarı yoxdur. Jurnalistikanın ali məqsədi həqiqəti yaymaqdır, obyektivlik isə əsas peşəkarlıq meyarıdır.






