27 sentyabr son qələbənin əvvəldə qoyulmuş nidasıdır

Vətəni sevindirən adamlar, SİZ həm də Allahı fərəhləndirmisiz. Bizim qələbə günlərimiz az olub, hər biri matəm günündən başlayıb. Bu həm də o demək, sülh ölkəsiyik, əvvəl matəm yaşadıblar, cavablarını da alıblar.

27 sentyabr son cavab günüdür. Eynən 20 yanvar kimi. Sizin qəhrəmanlığınız həqiqiətən kitablara sığmır, filmlərə yerləşmir. Nə yazaq, nə göstərək sizin həqiqi cəsarətinizi əks etdirən mənzərə yarada bilək.

Ədəbiyyatdan və filmdən daha yüksək ZİRVƏDƏ əbədi həyatda barənizdəki kitabı da özünüz yazdınız, haqqınızdakı filmi də özünüz çəkdiniz.
Siz sərhəd çəkdiniz. Məmləkəti sərhədləri daxilində suveren əraziyə sahib olacağımıza Siz Şuşa qayalıqlarını dırmaşanda inanmışdıq. Savaş bitmədən qalib gəlməyi bizə SİZ yaşatdız.

27 sentyabr son qələbənin əvvəldə qoyulmuş nidasıdır.
Şəhidlər bizim xalqın harayının sədasıdır!

C.Musaoğlu