Azərbaycan əleyhinə murdar Qərb planının növbəti iblis mərhələsi

"Azərbaycan əleyhinə murdar Qərb planının növbəti iblis mərhələsi başlayıb". 

Missiya.az xəbər verir ki, bu fikirləri Jurnalist Ekspert Mərkəzinin sədri Ceyhun Musaoğlu şəxsi "Facebook" səhifəsində yazıb. 

JEM sədri vurğulayıb ki, Ermənistan parlamentinin 2023-cü ilin yanvarında yaradılan, dekabrda missiya iştirakçılarının sayı 138-dən 209 nəfərə qədər artırılan Azərbaycanla sərhəddə yerləşdirilmiş Aİ missiyasının statusuna dair razılaşmanı məhz indi ratifikasiya etməsi, Qərbin Cənubi Qafqazda cin kimi yenidən peyda olması planının növbəti məkrli mərhələsidir.

C. Musaoğlunun fikrincə, aprelin 5-də keçiriləcək Aİ, ABŞ və Ermənistan təhlükəsizlik görüşü ilə Azərbaycanın Cənubi Qafqazda yaratdığı kövrək sabitliyi hədəf götürüb.