Prezident İlham Əliyevin Milanda keçirilən “Dünya, Avropa və İtaliya haqqında bilgilər” mövzusuna həsr olunmuş Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada etdiyi çıxış xarakterinə görə həqiqətlərin bir daha səmimi, dəqiq, cəsərətli təqdimatı, məzmununa görə orijinallığı ilə növbəti dəfə bütün yaxşı mənalarda fərqləndi, seçildi.
Azərbaycan həqiqətən seçilmiş ölkədir. 70 ildən sonra dövlət müstəqilliyinə cəmi 35 ildir həm də əbədi nail olan ölkəmiz, bəli əziz, sevgili vətənəmiz bu 35 ildə 350 illik yol keçib desək, zamanın tarixi müddətini azaltmış olarıq. Şişirtməyə də ehtiyac yoxdur. Çox ağır işğal hadisəsinə birdəfəlik son qoyaraq ərazi bütövlüyü və suverenliyini tam bərpa edən, düşmənin cəhənnəmə çevirdiyi yurdlarda təkbaşına dərhal cənnət qurmağa başlayan, həm haqlı, həm də güclü olduğunu yer kürəsinə sübut etməyi bacaran, "yurdda sülh-cahanda sülh" prinsipini amalına çevirən dövlətin bir ildə keçdiyi yol elə 10 illik yola bərabədrdir.
Ökəmizin
dünyadakı yeri və rolunun hansı səviyyədə olduğunu dəqiqləşdirib fəxarət duymaq
əlbəttə gözəl hissdir. O hissi Azərbaycan Prezidentinin sentyabrın 6-sı Beynəlxalq
Çernobbio Forumundakı çıxışının mənzərəsinə, məhz mənzərəsinə tamaşa etməklə
yaşamaq mümkündür.
Buyurun:
-
Hazırda 10 ölkə Azərbaycandan qaz alır və onlardan 7-si Avropa İttifaqının
üzvüdür.
-
Avropa Komissiyası Azərbaycanı ümum-Avropa qaz təchizatçısı və etibarlı tərəfdaş
adlandırır.
-
Əlavə olaraq ən azı üç Avropa ölkəsi ilə qaz təchizatına dair danışıqlar
aparırıq.
-
İtaliyanın beş aparıcı universiteti – Luiss, Sapienza, Bolonya, Milan və Turin
universitetləri, onların Azərbaycandan olan tərəf-müqabilləri İtaliya-Azərbaycan
Universiteti kimi müştərək təsisat, ali təhsil ocağı yaradıb.
-
Azərbaycan-İtaliya arasındakı yüksək səviyyəli münasibətlər təsdiqləyir ki,
bir-birindən uzaqda, fərqli qitələrdə yerləşən ölkələr arasında yüksək səviyyəli
münasibətlər qarşılıqlı etimad, hörmət, maraqların nəzərə alınması nəticəsində
qurula bilər, nəticədə tərəqqi yaşanar.
-
Təkcə Qafqazda deyil, daha geniş regionda baş vermiş ən böyük geosiyasi dəyişiklik
Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası oldu.
-
Beynəlxalq hüququn aliliyi o zaman təmin edilə bilər ki, hüquqi çərçivə ilə
yanaşı, həmçinin cəsarət və real güc də olsun.
-
Ədaləti və sülhü təmin etmək üçün təkcə beynəlxalq hüququn kifayət etmədiyini,
masa üzərində digər amillərin də olmasının vacibliyini 30 illik işğala son
qoymaqla dünyaya bir daha anlatdıq.
-
Azərbaycan suverenliyi tam şəkildə bərpa etdi, münaqişəyə nəhayət son qoyuldu və
bu, məhz belə də olmalı idi.
-
Azərbaycan öz nümunəsi ilə nümayiş etdirdi ki, beynəlxalq hüquq, güclü siyasi
iradə, cəmiyyətin səfərbər olması və fiziki güc ciddi siyasi dəyişikliklə nəticələnər.
-
Sovet İttifaqının süqutundan sonra ilk dəfədir ki, biz Cənubi Qafqazda davamlı sülhə
nail ola bilərik.
-
Sülh müqaviləsinin bəndlərinin təqribən 80 faizi razılaşdırılıb.
-
Delimitasiya prosesinin başlanması, sərhədin uzunluğunun 1000 kilometrdən artıq
olmasına baxmayaraq, 13 kilometrlik hissəsinin demarkasiyası belə, düzgün
istiqamətdə atılan addımdır.
-
Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının hələ də
mövcudluğuna baxmayaraq, Azərbaycan sülh sazişinin imzalanmasını necə sidq-ürəklə
istəyirsə, 1000 km-lik məsafənin 13 km-nin demarkasiya olunmasını irəliyə
atılmış addım kimi dəyərləndirir və bu mövqe ölkəmizin ali siyasi düşüncəyə
sahib olduğunun göstəricisidir.
-
Ən böyük iqlim konfransı olan COP29 Azərbaycanın ev sahibliyi çərçivəsində
tarixdə ilk dəfə Qafqaz regionunda keçiriləcək.
-
Azərbaycan qlobal Cənub və qlobal Şimal arasında körpü qura bilər və bu,
mümkündür.
-
Avropa İttifaqının 10 üzvü rəsmi olaraq Azərbaycanın strateji tərəfdaşıdır,
-
120 ölkəni birləşdirən Qoşulmama Hərəkatına 4 il sədrliyimiz onu nümayiş
etdirir ki, biz yaxşı nəticə hasil edə biləcək ölkəyik.
-
Ukrayna da daxil olmaqla, bütün ölkələrin ərazi bütövlüyünü və suverenliyini
güclü şəkildə dəstəkləyirik.
-
Azərbaycan Rusiyaya qarşı sanksiyalar kampaniyasına qoşulmayıb və belə bir niyyəti
yoxdur.
-
Ukrayna-Rusiya münasibətlərindəki gərginliyin aradan qaldırılması istiqamətində
Azərbaycanın iştirakına zərurət
yaranarsa, ölkəmiz buna hazırdır.
-
Rusiya, Ukrayna və Avropa təsisatları Ukrayna ərazisində qazın tranzitinin
davam etdirilməsi ilə bağlı Azərbaycana müraciət ediblər və bir neçə aydır ki,
ölkəmiz ümumi məxrəcə gəlmək üçün böyük səylər göstərir.
-
Dekabrda qazın tranziti dayanarsa bir neçə Avropa İttifaqı ölkəsi ciddi çətinliklərlə
üzləşəcək.
-
Qazın tranziti dayanacağı təqdirdə Ukraynanın qazpaylayıcı sistemi tamamilə
iflic olacaq və belə ağır fəsadlar yaşadacaq hadisə baş verməsin deyə, Azərbaycan
həmin ölkələri və Ukraynanı dəstəkləyir.
-
Qazın tranziti mövzusunda Azərbaycan hər iki ölkə ilə təmasdadır və ciddi irəliləyiş
üçün zəmin var, uğura çatsaq, regionu viran edən müharibəyə son qoymaq üçün əlavə
addımlar ata bilərik.
-
Hər iki ölkə Rusiya qazının tranziti müqaviləsinin uzadılması, bizim qazın
Rusiya və Ukrayna ərazisindən Avropaya nəqli ilə bağlı müzakirələri Azərbaycan
vasitəsilə aparır.
-
Ölkəmiz Avropa konvensiyalarının əksəriyyətinə qoşululub, Avropa İnsan
Hüquqları Məhkəməsinin qərarlarını icra edir, bir sözlə ümumdünyavi, beynəlxalq
ali dəyərlərə sadiqik.
-
Avropa Şurasının Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətini səsvermə
hüququndan məhrum etməsi suverenliyimizin bərpasına nail olduğumuza görə bizə
qarşı sanksiya idi.
-
Öz torpağımızda döyüşdük və hər hansı təcavüzə əl atmadıq.
-
Nümayəndə heyətinin AŞPA-nın iclaslarında iştirakdan imtina etməsi bizi Avropa
Şurasında görmək istəməyənlərə adekvat cavab idi.
- Nümayəndə heyətinin hüquqlarını pozan səsvermə qadağası, gələn ilin yanvarında aradan qaldırılacaqsa, fəaliyyət yenidən bərpa ediləcəksə AŞ-nın hərəkətinə cavab kimi tətbiq etdiyimiz haqlı qadağamızı da götürəcəyik.
Buyurun.
BİZ beləyik və əlayıq!
Ceyhun
Musaoğlu
Jurnalist
Ekspert Mərkəzinin sədri