Azərbaycan
Prezidenti İlham Əliyevin yanvarın 10-da yerli televiziya kanallarına verdiyi
müsahibə ölkənin dünəni, bu günü və sabahına heç bir kölgəyə məruz qalmayan
işıq saldı.
Dövlət belə olurmuş, belə yaranırmış, belə inkişaf
edirmiş. Müsahibəni dinləyəndə və oxuyanda bir daha aydın olur ki, Azərbaycan
Fransa kimi ölkələrlə müqayisə olunacaq mərhələni elə sürətlə keçib ki, hətta
arxasınca atılan daşlar onun topuğuna belə, çatmır.
Xalq seçimi ilə özünün gələcəyini formalaşdırır.
2003-cü ildə düzgün seçim edən xalq 2024-cü il xoşbəxtliyini bütün nöqtələri ilə
yaşaya bildi. Prezident müsahibəsində bu məqamı belə xatırladır: “Əgər tarix başqa istiqamətdə getsəydi,
bilmək olmaz, xalqımız, dövlətimiz hansı bəlalar, faciələrlə üzləşə bilərdi. Hər
halda, müstəqilliyimizin ilk iki ili əyani şəkildə göstərir ki, güclü lider
olmadan və düşünülmüş siyasət olmadan istənilən ölkə, xüsusilə gənc müstəqil
ölkə çox ciddi təhlükələrlə üzləşə bilər. 2003-cü ildə əsası 1993-cü ildə
qoyulmuş siyasətə bir daha dəstək verildi. Hesab edirəm ki, bugünkü reallıqları
biz 2003-cü illə yox, 1993-cü illə müqayisə etməliyik, çünki məhz o tarixdən
başlayaraq Azərbaycan inkişaf yoluna qədəm qoydu, sabitlik təmin edildi, vətəndaş
müharibəsinə son qoyuldu və ölkəmiz beynəlxalq təcriddən çıxdı. 1993-2003-cü
illərin hadisələrinə nəzər salsaq görərik ki, məhz bu illər ərzində bugünkü
dövlətçilik prinsipləri bərqərar olundu və Azərbaycanda vətəndaş cəmiyyəti
yaradıldı, eyni zamanda, xalq-iqtidar birliyi artıq önəmli bir amilə çevrildi”.
Nəticəni də söyləyir. Deyir ki, bu gün biz 2024-cü ilə
suverenliyini tam bərpa etmiş ölkə kimi, xalq kimi başlayırıq. Müasir
tariximizin yeni dövrü məhz sentyabrın 20-dən sonra başlayır.
Dünənlə sabahın əlaqəsindəki qırılmazlığa diqqət çəkəndə
gözlərimiz qarşısında Şuşada, Xankəndində, Xocalıda, Ağdamda və işğaldan azad
olan bütün ərazilərdə dalğalanan bayrağımız canlanır. Prezident bu ucalığa
varanda keçirdiyi hissləri də dilə gətirib: “Mənim hisslərim Azərbaycan vətəndaşlarının hisslərindən heç də fərqlənmirdi, qürur
və sevinc hissi əlbəttə ki” deyən İlham Əliyev bu dəfə də xalqı önə çıxardı. Qələbəni
yetişən nəslin əsəri kimi təqdim etdi. Yürütdüyü Qarabağ siyasəti ilə ədalətə
inandırdığı xalqını xoşbəxt gördüyünü ürək açıqlığı ilə söylədi: Xoşbəxtik ki,
biz bu tarixi günləri gördük, yaşadıq və bu tarixi Zəfər Azərbaycan xalqının,
dövlətinin tarixində əbədi qalacaq”.
Prezident bu müsahibəsi ilə həm də Azərbaycan mediasına necə böyük önəm verdiyini xatırlatmış oldu. Həm cəmiyyətlə, həm də xarici aləmlə media vasitəsi ilə bunca açıq, bunca şəfaf, bunca səmimi danışmaq alıqışa layiqdir.
44 günlük Vətən müharibəsi zamanı da Prezident dünya
mediası ilə bu qədər səmimi oldu. Hər şey olduğu kimi dedi. Prosesin yekun vəziyyətini
də birər birər anlatd. Nə dedisə o da oldu.
1.
İşğalla heç vaxt barışmayacağıq, barışmadıq.
2.
Düşmən silahı yerə qoysun müharibəni dayandıracağıq, dayandırdıq.
3.
Ərazilərimizdə gizlənərək terror törədən erməni xuntasını məhv edəcəyik, etdik.
4.
Cəhənnəmə çevrilən işğaldan azad olunmuşərazilərdə cənnət yaradacağıq,
yaradırıq.
Müsahibədə tarixin bu mərhələlərinə qısa baxış sərgiləyən
Prezident apardığımız haqq savaşında, 23 sentyabr tarixli antiterror tədbirlərində,
digər əməliyyatlarda misli görünməmiş humanizm çərçivəsində davrandığmızı da
diqqətə çatdırıb.
Bədbəxt düşmən Azərbaycanı anlasaydı, rəzalət
yaşamazdı. Hər an onlara hansı addımları atacağımızı söyləsək də qanmadılar.
Beləcə plan tam şəkildə icra olundu. İlham Əliyev müsahibədə o şanlı günlərdə
yaşadığımız və yaşatdıqlarımızı zamanı, məkanı ilə bir daha xatırlatmaqla həm
ermənilərə, həm də havadarlarına ölkənin tutduğu pozulmaz xətti aydın göstərmiş
oldu.
Fransanın küçə uşaqlarına xas davranışına gəldikdə,
Prezident bəyan etdi ki, biz təkcə müdafiə olunan və özünə bəraət qazandıran ölkə
deyilik: “Biz adekvat cavablar veririk və
verəcəyik. Belə ki, fransız imperializminin müstəmləkə ölkələrində törətdiyi vəhşiliklər
haqqında dünyanın xatırlayacağı faktlar həddindən artıq çoxdur”.
Erməni Qarabağda Natavanın heykəlini vəhşicəsinə
dağıdır, Fransız Parisdə eyni işi görür. Ermənistan işğalçı, Fransa müstəmləkəçi.
Necə də bir-birinin eyni olan ölkələrdir.
Azərbaycan çoxdan sübut edib ki, onunla hansı dildə danışsalar, o dildə də cavab alacaqlar, hətta cavab daha sərt olacaq. Prezident Franasanın BMT TŞ-dakı ürəkbulandıran hərəkətlərndən tutmuş, casus şəbəkəsi saxlamasına, onların ifşa olunmasına qədər bütün naqis məqamlardan danışıb və sonda deyib: “Qoşulmama Hərəkatında sədrliyimiz başa çatır, amma Bakı Təşəbbüs Qrupu yaşayacaq, biz fransız neokolonializminin ifşa olunmasını və fransız müstəmləkələrinin Fransanın zülmündən azad olunması prosesini dəstəkləyəcəyik”.
“Zəngəzur dəhlizi” mövzusu ətarafında manipulyasiya edənlərə də səslənən Prezident söhbətə nidasını qoyub: “Azərbaycandan Azərbaycana, dediyim kimi, heç bir yoxlama aparılmadan insanlar və yüklər keçməlidir. Əks təqdirdə, Ermənistan əbədi dalan kimi qalacaq və əgər, dediyim marşrut açılmasa, biz Ermənistanla heç bir başqa yerdə sərhədimizi açmaq fikrində deyilik. Yəni, beləliklə, onlar bundan daha çox ziyan görəcəklər, nəinki xeyir”.
Qətiyyət, inam, xalqa arxalanmaq. Bu üç məhfum İlham
Əliyevi qələbələrdən qələbələrə aparan əsas amildir. Ölkə növbəti böyük hadisənin
astanasındadır. Fevralın 7-də prezident seçkisi keçiriləcək. Ölkə başçısı
seçkinin niyə növbədənkənar olduğuna aydınlıq gətirib.
1.
Azərbaycanda yeni dövr – Zəfər dövrü başlayıb. Prezident seçkiləri də bu yeni
dövrün başlanğıcı olmalıdır.
2.
İlk dəfə olaraq seçkilər ərazilərimizin hər bir yerində keçiriləcək. Prezident
seçkiləri bütün digər seçkilərlə müqayisədə ən vacib seçkidir. Əgər bu seçkini
2025-ci ilin aprelində keçirməli olsaydıq, o zaman bələdiyyə seçkiləri daha tez
keçiriləcəkdi. Tam süveren ölkənin ilk Zəfər seçkisi gərəkdir prezident seçkisi
olsun.
3.
İlham Əliyevin prezidentliyinin 20 ili tamamlanıb. Seçkidə xalq məhz seçimi ilə
bu dövrə qiymət vermis olacaq ki, bu da çox ciddi və vacib amildir.
Prezident xalqa arxayınlıq yaşada bilən bir məqamdan
da danışıb. Məlum olub ki, Azərbaycanla Ermənistan arasında olan sülh sazişinin
imzalanmasından başqa yol yoxdur və bu saziş məhz İlham Əliyevin dediyi formada
olmalıdır. Belə: “5-10 cildlik yox, maksimum 5-10 səhifəlik əsas prinsiplərdir.
Onu da burada, necə deyərlər, velosiped icad etmək lazım deyil, sadəcə olaraq,
beynəlxalq hüququn prinsipləri oraya salınmalıdır”.
Hadisələrə, aparılan xarici və daxili siyasətə rəğmən biz yazılarımızda dəfələrlə bəyan etmişik ki, Azərbaycanın Ermənistanla münasibətlərinə başqa dövlətlərin qarışmasına ehtiyac yoxdur. Prezident bu məsələni belə əsaslandırıb: “Mən ümumiyyətlə istəməzdim ki, Ermənistan-Azərbaycan münasibətləri geosiyasi mövzuya çevrilsin. Bu, bizim iki ölkə arasındakı məsələmizdir, özümüz də bunu həll etməliyik. Əgər razılığa gəlsək, sülh müqaviləsi imzalanacaq. Əgər razılığa gəlməsək, deməli, ya danışıqlar davam etdiriləcək, ya danışıqlar dayandırılacaq. Hər iki variant da mümkündür”.
Azərbaycanın arxalandığı və Azərbaycana arxalanan ölkənin Türkiyə
olduğunu Prezident elə səlqəli izah edib ki. Deyib: “Bu gün əgər hansısa ciddi bir məsələ ölkəmiz qarşısında dursa, əlbəttə,
ilk növbədə, qardaşım Rəcəb Tayyib Ərdoğana zəng edərəm, onu məlumatlandıraram”.
İlham Əliyev Rusiyanın da regiondakı rolundan söz
açıb. Elə bircə cümlə - “Hər halda onlar
heç nəyə nail ola bilmədilər və müharibə Prezident Makronun və ya hər hansı
başqa şəxsin deyil, Putinin vasitəçiliyi ilə dayandırıldı. Üçtərəfli Bəyanat da
Fransa, Azərbaycan və Ermənistan arasında deyil, Rusiya, Azərbaycan və Ermənistan
arasında imzalandı”.
Azərbyacnın şərtini məhz Rusiya qəbul etdi. Bu gün də
Rusiya-Azərbyacan münasibətləri tam şəffaflıq üzərində qurulub, ortada qeyri-səmimi
bir durum yoxdur.
İlham Əliyev sabahın Azərbaycanını da aydın ştrixlərlə
göstərib. Xüsusən Qarabağ və ətraf rayonlarda aparılan tikinti-quruculuq işlərdindən
danışan ölkə başçısı kimlər bu ərazilərdə əbədi yaşamaq istəyirsə, hökumətin
onları evlə təmin edəcəyini deyib. Prezident tikinti sektoruna da yol göstərib:
“Bizim özəl sektorumuz Bakıda,
Sumqayıtda hər bir tində ev tikməkdənsə, getsinlər orada evlər tiksinlər”.
Prezidentin müsahibəsində əksini tapan Azərbaycanda
Günəş kimi parlayacaq məqamları da sıralayaq:
- Ermənistanın işğalında olan 8 Azərbaycan kəndi
də azad ediləcək.
-
Azərbaycan dünyanın yaşıl enerji, alternativ energi ilə təmin edib həm enerji
xilaskarı imicini qoruyacaq, həm də iqtisadiyyatını gücləndirəcək, o cümlədən
Avropa ölkələri ilə münasibətlərini də qoruyub saxlamış olacaq.
-
Azərbaycan söz sahibi olduğu müxtəlif nüfuzlu beynəlxalq təşkilatların
avanqardı olmağa davam edəcək, dünyanın səhiyyə, ekologiya, siyasət sisteminə
töhfələrini verəcək. COP29 kimi möhtəşəm konfranslara ev sahibliyini əsirgəməyəcək.
- Azərbaycan haqlı olduğu qədər güclü, güclü olduğu qədər haqlı bir dövlət kimi bütün dünyanın mötəbər istinad nöqtəsi olacaq.
Ceyhun Musaoğlu
Jurnalist Ekspert Mərkəzinin sədri