Tehran rejimi yenə öz ampluasındadır. Əslində bu söz ampula kimi yazılsa və oxunsa daha düzgün səslənər, vəziyyətin adekvat ifadəsi olar. İran dünyaya ampulanın içərisindən baxır – havasız və dar şəraitdə.
Belə olmasaydı, gözünü Ermənistana tuşlamazdı. Dünya nifrət gözünü Tehran rejiminə tuşladığı halda, o ermənilərə “sevgi” nümayiş etdirir. Məhz dırnaq arasında, məhz nümayiş etdirir. İranla Ermənistan arasında səmimi dostluq münasibətinin olduğunu fakt təsdiqləsə belə, məntiq bu faktın tam əleyhinə gedəcək. Qısa izah:
- Dinləri fərqli
- Dilləri fərqli
- Siyasi quruluşları fərqli
- İqtisadi vəziyyətləri fərqli (İrəvan Tehrana mənfəət verəcək heç bir iqtisadi resursa malik deyil).
- Tarixi bağlılıqları qədim köklərə dayanmır
Üzeyir Hacıbəyovun “O olmasın bu olsun” operettasına istinad edərək dahi bəstəkarın təbrincə soruşsaq, bəs nədir ermənini farsa sevdirən? Cəmi bir cavab var: Nə olur olsun Azərbaycan əleyhinə siyasət yürütmək.
Ermənistan hələ ki, Azərbaycanla düşmən münasibətini qorumaqla məşğuldur. İran da bu münbit şəraitdən geninə-boluna yararlanaraq, düşmənçiliyin sona çatmasına imkan vermir, əksinə, vəziyyəti daha da mürəkkəbləşdirərək, regionda sülhün əldə olunmsına qarşı çıxır. Tehran rejimi düşünür ki, tutduğu bu əyri-üyrü, el dilində desək, ilan-qurbağaya bənzər və oxunmaz şəkil almış xətti ilə Azərbaycanın Qafqazda liderliyinə, o cümlədən dünyada sürətlə artan nüfuzuna, Vətən müharibəsindən sonra xüsusən enerji sahəsində Avropa ilə qurulan isti münasibətlərinə, işğaldan azad olunan bütün yurdlarda tikinti-quruculuq işlərinə, rus sülhməramlılarının müvəqqəti nəzarət etdiyi Qarabağın bəzi ərazilərində rəsmi Bakının qanuni nəzarəti bərpa etməsinə mane olacaq. Əlbəttə, həm yanılır, həm də boğazdan yuxarı “qardaş” deyə müraciət etdiyi Ermənistanı aldatmış olur. Azərbaycanın regionda sülh gündəliyinə dair gördüyü işlər, yürütdüyü əzmli siyasət müharibədən sonra siyasi, iqtisadi, mənəvi tənəzzülü daha da dərinləşən Ermənistanın da xeyrinədir. Zəngəzur dəhlizinin açılması, Xankəndində yaşayan Ermənistan əhalisi olan Azərbaycan vətəndaşlarının oradakı qondarma silahlı rejimin girovluğundan qurtulması, iki ölkə arasında kommunikasiya əlaqələrinin bərpası, yenidən yaradılması, iqtisadi münasibətlərin formalaşması Cənubi Qafqazın qansız-qadasız, çiçəklənən bir diyara çevrilməsi deməkdir.
Yaradılışdan iki qüvvə olub – mələk və iblis. Mələk firəvanlıq, iblis mərəkə peşindədir. Bu qüvvələrdən heç biri tutduğu yoldan dönmür, amma həmişə sonda mələk qalib gəlir. Mələklik də xislətdir, iblislik də. Sülh arzulayan xislət ən dəhşətli müharibələrdən keçsə belə, istəyinə nail olur. Tarxdə bu aksiomun əleyihə olan fakt yoxdur. Eləcə dünyadakı müharibələri kinolenti kimi gözlərimiz qarşından keçirmək kifayətdir ki, qalib gələnin növbəti mərhələdə regional sülh yaratdığını, ətarfında sülh həlqəsi ilə müdafiə sistemi qurduğunu aydın görək. Ən yaxşı və təhlükəsiz müdafiə sülhdür. Azərbaycan Ermənistana bu gerçəyi anlatmağa səy göstərir. İnsafən deyək ki, Ermənistan hökuməti müstəqil süyasət yürütsə, doğrunun harda olduğunu anlayar. Təəssüf, Paşinyan hakimiyyətinə İranın, Fransanın, qərbin bəzi beynəlxalq təsisatlarının merkantil maraqlar üzərində formalaşdırılmış müdaxiləsi rəsmi İrəvanda çaşqınlıq yaradır. Xankəndində sığınacaq tapmış Vardanyanın Nersisyanla əvəzlənməsi, Tehranla İrəvanın “qardaşlaşması”, Avropa İttifaqının Xarici İşlər Nazirləri Şurasının Ermənistana göndəriləcək mülki missiyanın yaradılması barədə təbii ki, mənasız qərarı kimi, cılız yanaşmalar dayanıqlı sülhün bərqərar olmasına nə qədər mane törətsə də nidanı həmişəki kimi Azərbaycan qoyacaq.
Dəfələrlə təkararlanıb, yenə xatırlatmağın yeridir: Azərbaycanın əbədi-əzəli əraziləri 28 il Ermənistanın işğalında qaldığı illərdə münaqişənin sona çatmamasına, yaxud təcavüzkarın xeyrinə həllini tapmasına görə İran dəridən-qabıqdan çıxdı, Fransa əzilib-büzüldü, ABŞ yırğalana-yırğalana gah dala getdi, gah qabağa, Rusiya gecə başqa, gündüz başqa rəngə düşdü, ATƏT yata-yata yeridi, BMT bata-bata… daha neçələri gah nala, gah mıxa vurdular. Lap sonda “kainata nə göndərsən özünə qayıdır” qanununun heç vaxt dəyişilməyən diqtəsi ilə mələk xisləti qalib gəldi. Azərbaycan “biz o yerlərə qayıdacağıq” əminliyindən 30 il ərazində bir damcı da vaz keçmədi. İblis nə qədər dirəniş göstərdisə, mələk xisləti ondan daha artıq güc qoydu ortaya. İlahi nizamı kimsə poza bilməz.
İranın hərəkəti pozuntu belə deyil, pozuntuya cəhddir, islam dininə zidd rejimin ömrünü bir qədər də uzatmağa xidmətdir. İranın əmək və sosial rifah naziri Seyid Soultan Mortazavinin fevralın 27-də İrəvanda Ermənistanın əmək və sosial məsələlər naziri Narek Mkrtçyanla görüşünü də bu qəbildən hesab etməyimiz doğru olardı. Ikinci Qarabağ müharibəsində elə birinci Qarabağ müharibəsində olduğu kimi, işğalçıya hər cür dəstək verən İran Mortazavinin dili ilə Mkrtçyana dedizdirib ki, ölkəsi ən yaxşı təcrübələri bölüşməyə və 2020-ci il müharibəsi zamanı əlil olmuş vətəndaşlara reabilitasiya xidmətləri göstərməyə hazırdır. Onun sözlərinə görə, iki ölkə arasında xüsusilə son illərdə sıx və səmərəli əməkdaşlıq inkişaf edib. İranlı nazir qonşu dövlətlərlə, xüsusən də Ermənistanla əməkdaşlığın inkişaf etdirilməsini Tehranın siyasətinin əsas prioritetlərindən biri adlandırıb. Ardındansa belə deyib: “Biz Qafqazda sülh və sabitliyin olması üçün ölkəmizin potensialını və imkanlarını sərmayə qoymağa hazırıq”.
Seyid Soultan Mortazavinin görüşdəki açıqlamasını lakonik tərzdə analiz edək:
“İran 2020-ci il müharibəsi zamanı əlil olmuş vətəndaşlara reabilitasiya xidmətləri göstərməyə hazırdır”. Bu cümlədə “vətəndaşlar” ifadəsinin işlənməsi kökündən yanlışdır. Azərbaycanın erməni təcavüzünə qarşı başlatdığı əks hücumlar nəticəsində 44-günlük müharibəyə çevrilən həmin qanlı hadisələrdə erməni vətəndaşlarından əlil olanlar yoxdur, bu barədə ümumiyyətlə informasiya tapmaq mümkün deyil. Azərbaycan dinc erməni əhalisini heç vaxt hədəfə almayıb, müharibədə ölən və yaralananlar işğalçı erməni əsgərləri olublar, bu da tam təbiidir – başqasının torpağına soxularaq on illərlə qətliamlar törədənlər məhv edilməlidirlər. Mortazavi unutmasın ki, Ermənistan silahlı qüvvələri Azərbaycanın dinc əhalisini qətliama məruz qoyub. 28 il ərzində belə dəhşətli qətliamlar dəfələrlə yaşanıb, 2020-ci ilin 44 günlük müharbəsində savaş meydanından uzaqda olan Gəncə, Bərdə, Yevlax, Beyləqan, Tərtər, Qəbələ, Goranboy, Ağcabədi, Xızı və digər şəhər və rayonlarımız da ballistik raketlər və digər ağır artilleriya qurğularından atəşə tutulub. Bu hərbi təcavüzlər nəticəsində 93 nəfər, o cümlədən 11 azyaşlı və 27 qadın qətlə yetirilib, 454 nəfər, o cümlədən 50 azyaşlı və 101 qadın müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Çox güman söhbət əlil olmuş erməni əsgərlərinin reabilitasiyasından gedir. Sadəcə iranlı nazir “vətəndaşlar” deyərək, ola bilsin, erməni mətbuatı bu şəkildə tərcümə edərək, fərqi yoxudr, dinc əhalinin hədəfə alındığını göstərmək niyyəti güdür. Keçməz. Belə bleflər çoxdan köhnəlib. Indi dəbdə olan siyasət məhz səmimiyyət üzərində qurulan, açıq mətnlə danışılan siyasətdir. İran və Ermənistan köhnəliyin quyusundan çıxa bilmir. Digər tərəfdən İrandan insani davarnış görməyə öyrəşəməmişik. Tehranın 40 milyon azərbaycanlıya qarşı etdiyi zülm bütün dünyada ikrah yaratmaqdadır, insaniyyəti bu davranışın harasına yapışdıraq ki, təbii görünsün?!
“Biz Qafqazda sülh və sabitliyin olması üçün ölkəmizin potensialını və imkanlarını sərmayə qoymağa hazırıq”. Bu cümlə mahiyyətcə və mənaca yalandır. Əslində bircə söz yanlışlığı var ki, o da bütün fikri əks mənaya yükləyir. Yəqin cənab nazir belə demək istəyib: “Biz Qafqazda sülh və sabitliyin olmaması üçün ölkəmizin potensialını və imkanlarını sərmayə qoymağa hazırıq”.
Gecdir. Azərbaycan təhlükəli zonadan çoxdan uzaqlaşıb. Arxadan atılan daşlar uzağı topuğa dəyər, o da qalib ölkəni ağrıtmaz, yarı yolda dayandıra bilməz. Zəngəzur dəhlizi Ermənistanla sərhədə qədər çəkilməkdədir. 6 zolaqlı, yol ayrıcı qovşaqları, körpüləri, dəmir yolları, tunelləri, piyada keçidləri ilə təhciz ediləcək yol. Regionu rifaha aparacaq YOL.
Yolçu YOLda gərək. Sokrat məhkəməsində onu mühakimə edənlərə necə demişdi – “Durun gedək, Siz aşağı, mən yuxarı”.
Ceyhun Musaoğlu
Jurnalist Ekspert Mərkəzinin sədri