Hətta
Ermənistan mətbuatı belə, Azərbaycan Prezidenti İlham Əliyevin dünən Moskvada
keçirilən Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibli iclasında ermənilərin
təmsilçisi – baş nazir Nikol Paşinyanın arqumentlərini növbəti dəfə darmadağın
etməsindən yazır.
Tədbirdə qonaq qismində iştirak edən Azərbaycan Prezidenti qarşısındakı Paşinyana növbəti dəfə anlatdı ki, Laçın dəhlizində heç bir mane yoxdur və qurulan sonuncu keçid buraxılış məntəqəsi bütün beynəlxalq qanunlara, qaydalara uyğun şəkildə təşkil olunub. Hər hansı erməni qanuni sənədlərini təqdim edərək, rahatlıqla Azərbayacan tərəfinə keçə bilər.
İclasad ilk söz İlham Əliyevə verildi. Azərbacan Prezidenti Avrasiya İqtisadi Birliyi ilə əmtəə dövriyyəsinin artdığını, gələcəkdə daha böyük artımların yüksək potensiala malik olduğunu, yeni kommunikasiya marşrutları qurulduğunu, bu istiqamətdə daha böyük işlər görülməsi üşün planlaşdırılan fəaliyyəti diqqətə çatdırdı.
Ölkənin əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək, həm də beynəlxalq dəmir yolu marşrutlarının bir hissəsi olacaq Zəngəzur dəhlizinin yaradılması təşəbbüsünü irəli sürdüyümüzü xatırladan Prezident Azərbaycanda 8 beynəlxalq aeroport fəaliyyət göstərdiyini də vurğuladı.
İlham
Əliyev ölkənin uğurlarını tam iqtisadi müstəqilliyə nail olduğumzula əlqələndirdi
və qeyd etdi ki, bu da bizim uğurla həyata keçirdiyimiz müstəqil xarici siyasət
kursunu aparmaq imkanının mühüm amilidir.
Azərbaycan ikitərəfli formatda, Ermənistan istisna olmaqla, Avrasiya İqtisadi Birliyinə üzv ölkələrlə sıx əlaqələrə malikdir. Azərbaycanın həmin ölkələrlə 5 milyar dollara yaxın ticarət dövriyyəsi var.
Azərbaycan Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısıdır. Zəngəzur dəhlizi region ölkələrinin tranzit potensialını yüksəldir və nəqliyyat sahəsində yeni imkanlar açır.
Azərbaycan müasir nəqliyyat-tranzit infrastrukturuna malikdir. Beynəlxalq dəniz ticarət limanı, Gəmiqayırma zavodu, müasir böyük donanma, hava limanları və təyyarələr və s. İxracın diversifikasiyası əsas hədəflərdən biridir.
Prezident
ölkəmizin iqtisadi uğurlarını statistic faktlarla diqqətə çatdırdı.
Baş
nazir Nikol Paşinyan isə söz istəyən kimi ittihamlara keçdi. Bildirdi ki, Laçın
dəhlizi Rusiya sülhməramlılarının nəzarəti altında olmalı idi, lakin təəssüf
ki, Azərbaycan tərəfindən qanunsuz olaraq bloklanıb. Paşinyan onu da söylədi
ki, Ermənistan regionda bütün nəqliyyat və iqtisadi kommunikasiyaların və Ermənistan
Respublikasının ərazisindən keçən kommunikasiyaların blokadadan çıxarılmasına
hazırdır.
Təbii ki, İlham Əliyev qarşı tərəfin ittihamına anındaca cavab verdi.
"Mən, əlbəttə, diskussiya açmaq istəmirəm. Lakin Ermənistana qarşı ərazi iddialarımızın olması barədə ittihamlar səsləndiyinə görə demək istəyirəm ki, bizim belə iddialarımız yoxdur. Mənim sözlərimdə ərazi iddialarının olmasını görmək üçün xüsusi canfəşanlıq etmək və ya güclü fantaziyaya malik olmaq lazımdır. Mənim istifadə etdiyim “dəhliz” sözünə gəldikdə, o zaman mən bu kəlməni dəqiq olaraq “Şimal-Cənub” dəhlizinə münasibətdə də işlətmişəm, bu söz elə həmin dəqiqliklə “Şərq-Qərb” dəhlizinə münasibətdə də istifadə olunur. “Dəhliz” sözü heç də kiminsə ərazisinə göz dikmək demək deyil. Bu, beynəlxalq termindir və düşünürəm, beynəlxalq terminologiya ilə tanış olan insanlar yəqin ki, ona bu gün Ermənistanın baş naziri kimi məna verməzdilər. Vladimir Vladimiroviçin dediyi kimi və Ermənistanın rəsmən Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığını nəzərə alsaq, hesab edirəm ki, sülh sazişinə nail olmaq üçün imkanlar var” – belə dedi Azərbaucan Prezidenti
Paşinyan isə öz ampluasında idi. Növbəti ittihamında qeyd etdi ki, Azərbaycan Rusiya sülhməramlılarının nəzarətində olan Laçın dəhlizini qanunsuz şəkildə bloklayıb:
“Digər tərəfdən, təsdiq etmək istəyirəm ki, Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü qarşılıqlı surətdə tanımaqla bağlı razılaşıblar. Demək olar ki, biz bu əsasda münasibətlərimizin nizama salınması istiqamətində kifayət qədər yaxşı irəliləyirik. Bu kontekstdə çox mühüm məsələni qeyd etmək istəyirəm. Ümidvaram ki, “Dağlıq Qarabağ” sakinlərinin hüquqları və təhlükəsizliyi məsələsinin beynəlxalq mexanizmlər çərçivəsində həlli üçün tezliklə Bakı və “Stepanakert” arasında normal, konstruktiv dialoq başlayacaq”.
Prezident İlham Əliyevin cavabı konkret oldu:
“Laçın-Xankəndi yolu açıqdır. Sizin tanıdığınız Ermənistan və Azərbaycan sərhədində bütün beynəlxalq normalara uyğun olaraq nəzarət-buraxılış məntəqəsi qoyulub. Bu nəzarət-buraxılış məntəqəsi Rusiya sülhməramlı kontingentinin postundan 20 metr aralıda yerləşir. Bu gün həmin nəzarət-buraxılış məntəqəsindən erməni milliyyətindən olan Azərbaycan vətəndaşları Ermənistan tərəfinə sərbəst keçirlər. O cümlədən Qırmızı Xaçın xətti ilə daşınan pasiyentlər, həmçinin Xankəndi şəhərindən təcili yardım maşınları ilə bağlı heç bir maneə yoxdur. Hər hansı qərəzsiz insan, təbii ki, bunu görməlidir. Zənnimcə, kürsüdən əsası olmayan ittihamlar üçün istifadə etmək lazım deyil. Dediyim Zəngəzur dəhlizinə gəlincə, əgər mənim çıxışıma diqqətlə qulaq asılsa, orada deyilir ki, “Azərbaycan Zəngəzur dəhlizinin yaradılması təşəbbüsünü irəli sürüb”. Hər hansı təşəbbüslə çıxış etmək bizim hüququmuzdur. Bizim doğru, legitim, ağlabatan hesab etdiklərimiz, yeri gəlmişkən, o cümlədən Rusiya Federasiyası, Ermənistan və Azərbaycan arasında münasibətlərin nizamlanması prosesinə cəlb olunmuş digərləri tərəfindən də dəstəklənir”.
Mayın 25-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə də görüşü olub.
Azərbaycan Prezidenti görüşdə bildirib ki, sülh sazişinin imzalanması ətrafında müsbət hadisələr baş verir. İlham Əliyev bunu belə əsaslandırıb:
“Fikrimcə, Qarabağı
Azərbaycanın tərkib hissəsi kimi tanıması barədə Ermənistan rəhbərliyinin bu
yaxınlardakı bəyanatlarından, eləcə də Azərbaycan Respublikasının sahəsini
konkret rəqəmlərlə göstərməklə Azərbaycanın ərazi bütövlüyünün tanınmasından
sonra sülh sazişinin digər maddələrinin razılaşdırılması məsələsi daha asan
olacaq. Çünki bu, başlıca amil idi ki, biz razılığa gələ bilmirdik.
Vladimir Vladimiroviç, bir daha ümid edirəm ki, bu gün biz üçtərəfli formatda da iki ölkə arasında münasibətlərin normallaşdırılması istiqamətində daha bir addım atacağıq".
Həmin gün hər üç ölkənin lideri arasnda üçtərəfli Zirvə görüşü olub. Görüşdə Putun bildirib ki, hələ də tənzimlənməmiş məsələlər qalsa da, bunlar texniki məsələlərdir:
“Məsələ terminologiyadadır. Əlbəttə, bu terminlərin arxasında reallıqların və hadisələrin dəqiq qavranılması dayanır. Onlar müvafiq sənədlərin imzalanmasından sonra gəlir. Lakin fikrimcə, bizim hər üçümüzün nöqteyi-nəzərindən, - mən özümü, Ermənistanın baş nazirini və Azərbaycanın Prezidentini nəzərdə tuturam, - bunlar aradan qaldırılması mümkün olan maneələrdir. Əslində, bunlar sırf texniki məsələlərdir. Ona görə də biz qərara aldıq ki, yaxın vaxtlarda, bir həftədən sonra, – indi həmkarlarımdan bu tarixi razılaşdırmağı xahiş edirəm, – Rusiya, Azərbaycan və Ermənistan Baş nazirlərinin müavinləri görüşəcəklər. Onlar belə demək mümkünsə, hələ tənzimlənməmiş məsələləri həll edəcəklər. Mənə elə gəlir ki, bu, yaxşı razılaşmadır və indiyədək həll olunmamış məsələlərin çözülməsinə ümid yaradır”.
Gedişat onu deməyə əsas verir ki, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması hadisəsi mütləq baş verəcək və bu gün uzaqda deyil. Azərbaycan Prezidentinin Ali Avrasiya İqtisadi Şurasının iclasında səsləndirdiyi arqumentlər mahiyyət etibarıilə nida xarakterlidir. Ermənistanın Azərbaycan qarşısında başqa çıxış yolu qalmır.
Jurnalist
Ekspert Mərkəzi