Qərb bu dəfə Toplum TV-ni tora saldı – İlginc dəlillər

Toplum TV ötən aylarda Abzas Media ətrafında yaşananların eynisi ilə üzləşdi.

“Toplum”un ofisində aparılan axtarışların səbəbi barədə hələlik rəsmi məlumat açıqlanmasa da, Abzas Media-ya yönələn ittihamların təkrarlanacağı ehtimalı böyükdür.

Əldə etdiyimiz məlumata görə, Toplum TV Qərb dairələrindən, o cümlədən bəzi Avropa ölkələrindən qeyri-qanuni vəsaitlər əldə etməkdə və onları qanunların şərtlərindən kənar şəkildə xərcləməkdə günahlandırılır.

Mənbə xəbər verir ki, budəfəki axtarışlar daha dərin qatlara gedib çıxacaq və əldə ciddi faktlar var. O faktlar Qərb institutlarının Azərbaycana göndərdiyi çirkli pulların bəzi jurnalistlərin əli ilə yenidən təmizlənməsini və qanunsuz əməllərin törədilməsi yönündə xərclənməsini özündə etiva edir. Həmin jurnalistlərin bir qisminin Toplum TV ətrafında toplandığı deyilir.

Pullar keçmiş sovet ölkələri vasitəsi ilə Bakıya çatdırılıb. Öncə adsız kartlar çıxarılıb və vəsait Gürcüstana, ordadan da Bakıya göndərilib.

Mənbə onu da vurğulayıb ki, terror təşkilatlarının maliyyələşməsi üsulundan geniş istifadə olunub. Əsas məqsəd Azərbaycanda qarışıqlıq yaratmaq, hakimiyyətlə xalq arasında etimadsızlıq mühiti formalaşdıraraq, xüsusən Azərbaycanın Qarabağ problemini həll etməsindən əndişələnən Qərbin çirkin maraqlarını ölkədə şəxaləndirməkdir.

Çox güman Toplum TV-nin ofisində həyata keçirilən axtarışların ardından Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilən bəzi beynəlxalq təşkilatlar prosesi mediaya qarşı təpki kimi dəyərləndirəcək. Obrazlı desək, suyu bulandırıb balıq tutmaq sevdasına düşəcəklər. Təbii ki, istintaq bütün ittihamlara tam aydınlıq gətirəcək.

Artıq xarici mediada qarayaxma kampaniyasına başlanılıb. Adi gözlə baxmaq kifayətdir ki, bu böhtan kampaniyasının arxasında  ABŞ-ın dayandığı aydın görünsün.

ABŞ müxtəlif ölkələrdə eyni əməli törətməkdə ad çıxaran ölkədir. Öz daxilində isə belə əməllərə imza atanları anındaca zərərsizləşdirir. Özünə rəva bilmədiyini Azərbaycana yaşatmaq arzusu ilə alışıb yanan ABŞ atəşlə oynadığını, bu atəşin özünə alət etdiyi insanları yandırdığına heç əhəmiyyət də vermir. Məsələn, Abzas Medianın bir qrup əməkdaşı həbsxanadadır, ABŞ-ın, o cümlədən Qərbin nəzarətində olan beynəlxalq təşkilatların tükləri də tərpənmir. Hərdən bəyanatlar səsləndirirlər, bu mətnlərsə həbsdəkilərin işini nəinki yüngünləşdirir, əksinə daha da çətinə salır. Bir daha aydın olur ki, əlaltıya çevrilən həmin gənclər xaricdə hazırlanan məkrli planın detallarıdır.

Mediaekspert.az