Qərb Ermənistanı Azərbaycanla revanş xarakterli
müharibəyə sürükləyir. Murdar plan işə düşüb. Fransanın silahlı qüvvələr naziri
Sebastyan Lekornu iri silah şirkətlərinin rəhbərləri ilə birgə Ermənistanda səfərdə
olub.
Səfər Lekornunun erməni həmkarı Suren Papikyanın dəvəti
ilə baş tutub. Onu da vurğulayaq ki, Lekornu Ermənistana səfər edən Fransanın
ilk hərbi naziridir.
Qərb mediasında Azərbaycan əleyhinə böhtan kampaniyasının
genişlənməsinin səbəb gizlinləri üzə çıxmaqdadır. Azərbaycanın Ermənistana
qarşı hücuma hazırlaşması barədə dezinformasiyalar yayılmasının ardından
fransız və erməni hərbi nazirlərinin Yerevanda həm də silah istehsalçıları ilə
birgə görüşməsi sülhdən danışan beynəlxaq aləmin çoxsifətli oyunçularının
maskalar altındakı sürtülmüş simalarının əsl üzünü göstərdi.
Fransa “Azərbaycan Ermənistana təhdidir” mövzusunda aparılan
murdar təbliğatın nəticəsinə hesablanan məkrli plan hazırlayır. Plana görə Ermənistan
Azərbaycana hücum edib şərti sərhəddə bir neçə yüksəkliyi ələ keçirir, bununla
da sülh danışıqları yarıda qalır və təşəbbüs rəsmi Parisin əlinə keçir.
Dünyada, xüsusən Fransadakı erməni lobbisi hərəkətə
keçib. Azərbaycan 30 ildən sonra Ermənistanın işağlına son qoymaqla Paşinyan da
siyasətçi kimi rəzil duruma düşdü. Bu hadisədən sonra erməni lobbisi indiki baş
nazirdən üz döndərmişdi. Belə vəziyyət Makrona sərf etmirdi, ona görə də Paşinyanın
Parisə səfəri zamanı onu Fransa Erməni Təşkilatlarının
Koordinasiya Şurasının həmsədri Murad Papazyanla görüşdürdü. Məqsəd dünyadakı
erməni daşnaklarını bir araya gətirərək 2020-ci ilə qədər olan vəziyyəti təkrar
yaşatmaqdır.
Açıq-aydın şəkildə Ermənistan sürətlə silahlanır.
Fransa, Hindistan Fransa lisenziyası ilə istehsal olunan silahları Ermənistana
verir, fransızlar erməni hərbçilərinin piyada və dağatıcı bölmələrinə təlimlər
keçirlər.
Avropa İttifaqı da bu məkrli planın tərkib hissəsinə
çevrilib. Azərbaycanla sərhəddə yerləşdirilən Müşahidə Missiyası kəşfiyyat məlumatları
toplayaraq, Azərbayacana qarşı hücum planının taktiki vəziyyətini müəyyənləşdirir.
Əllərində binokl sərhədlərimizin vəziyyətini müşahidə edirlər. Hətta fransız
generalı da sərhədə gələrək proseslə yerində maarqlanıb. Rəsmi Bakı Müşahidə Missiyasına
xəbərdarlıq edib və onların hərəkətinə "binokl diplomatiyası" damğası
vurub. Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalko XİN-ə çağrılıb və
ona bəyan edilib ki, casusluğa son qoysunlar.
Ötən günlərdə Azərbaycan ordusunun Zəngilan istiqamətindəki mövqelərinin atəşə tutulması, hərbçimizin yaralanması, atəşkəsin davamlı pozulması, Naxçıvan istiqamətində təxribatların məqsədi müharibə ocağı yaratmaq, öz çirkin hərəktlərini Azərbaycanın adına yazmaqdır. Təbii ki, Azərbaycanı bu təxribatlara cavab vermir.
Avropa Ukraynanın fonunda Rusiya ilə açıq müharibə
aparır. Cənubi Qafqazda gərginlik yaratmaq palanının əsas tərkib hissəsi Rusiyaya
qarşı yeni cəbhə açmaq, regionda Rusiyanın yerini tutmaqdan ibarətidr.
Sonu ağır fəsadlar törə bilən bütün detalları ilə açıq
oyun başlayıb. S.Lecornu Ermənistana parlamentarilər və istehsalçılardan ibarət
nümayəndə heyəti ilə getdiyi ərəfədə Paşinyan Rusiyanın ünvanına sərt
ittihamlar səsləndirir, ölkəsinin KTM-də fəaliyyətini dondurduğunu bəyan edir.
Cənubu Qafqazda yeni müharibə alovu yandırmağa
başlayan Qərbin kassası Fransa nazirini işğalçı, terrorçu imicinı sahib Ermənistana
MBDA, Nexter, Safran, Thales və Arquus kimi şirkətlərin rəhbərləri ilə birgə
göndərir.
Şirkətləri yaxından tanıyaq:
- MBDA-Avropanın aparıcı inkişaf tərtibatçı və raket
sistemlərinin istehsalçısıdır.
- Nexter-Atıcı silahlar, zirehli texnika, hərbi
sistemlər və qurğular istehsalçısıdır.
- Safran - Aviasiya komponentlərinin istehsalçısıdır.
- Thales-Aerokosmik, hərbi və dəniz tətbiqləri üçün
informasiya sistemlərinin istehsalçısıdır.
- Arquus-Hərbi və zirehli maşınlar istehsalçısıdır.
Azərbaycan dövləti ona siyasi və mənəvi müttəfiq olan ölkələrlə birgə Cənubi Qafqazın müharibəyə sürüklənməsi planının təcrübədə işə düşməsinə təbii ki, imkan verməyəcək. Əks təqdirdə, Qafqazın bütün dövlətləri ağır zərbələrə məruz qalar. Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması ərəfəsində regionu 30 il əvvəlki fəlakət vəziyyətinə gətirmək istəyənlərin qarşısını təkcə siyasət yox, ictimaiyyət, cəmiyyət, bütövlükdə xalq almalıdır.
Qərbyönümlü düşüncəyə dalan hər bir şəxs ondan vətəni əleyhinə istifadə edilməsinə
imkan verməməlidir. Azərbaycan müstəqil ölkədir, milli, strateji, regional,
dövləti maraqları var. Bu maraqlar nə qonşu, nə də qonşu olmayan dövlətlərin maraqlarına
toxunmur, əksinə dünyanın “yurdda sül, cahanda sülh” maraqları ilə üst-üstə
düşür. İndiki şəraitdə ermənini qızışdırmaq məhz sülh istəməyən şeytanların əməlidir.
Haqq iş, şeytan əməlinə uduza bilməz və Azərbaycan bu aksiomu yenidən dünyanın
qulaqlarına asmaq əzmində, gücündədir.
Ceyhun Musaoğlu