Noyabrın 14-də Brüsseldə Azərbaycan Prezidenti İlham
Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Aİ Şurasının Prezidenti Şarl
Mişel arasında üçtərəfli görüşün keçirilməsi əslində Azərbaycanın təklif etdiyi
format idi.
Şarl Mişelin təşəbbüsü ilə bu üçtərəfli formatda görüş
sonuncu dəfə Brüsseldə keçən ilin dekabtın 7-də keçirilməli idi, lakin Ermənistan
həmin görüşdə Fransa prezidenti Emmanuel Makronun iştirakında israr etdiyindən
görüş baş tutmamışdı. Bakı Fransa Prezidentinin bu formata qatılmasına etiraz
etmişdi.
Azərbaycan nə doğrudursa onu deyir və onu da həyata keçirir. Budəfəki görüşdən sonra Şarı Mişein “Avropa İttifaqının gizli gündəliyi yoxdur, qurumun yeganə məqsədi Ermənistan və Azərbaycana hərtərəfli və ədalətli sülhə nail olmaqda kömək etməkdir" deməsi də məhz Azərbaycanın istəyi ilə üst-üstə düşür. Rəsmi Bakı Vətən müharibəsindən əvvəl də sülh danışqlarına sadiqi di, Ermənstanın işğalçı əməli sonda sülhün müharibədən sonra başlanmasına rəvac verdi. Müharibə Azərbaycanın xeyrinə bitib, işğalda olan ərazilər düşməndən geri alınıb. Artıq 3-cü ildir regionda sülhə nail olmağın yolları müzakirə olunur, Azərbaycan ən yaxşı şərtlərlə danışıqlar masasında əyləşib. O şərtlər Avropa İttifaqının da gündəliyinə uyğundur.
Şarl Mişel 4 saatlıq görüşdən sonra mətbuat üçün ənənəvi
bəyanatla çıxış etdi. Bu bəyanat da ermənilərin iddialarında yanlış olduğunu
bilavasitə təsdiqləmiş oldu. Ermənistan rəhbərliyi ərazilərin müəyyənləşdirilməsi
məsələsində (halbuki müəyyən olunmayan ərazi yoxdur və ümumiyyətlə bu mövzu
sülh gündəliyinə aid deyil. Azərbaycan sərhədlərinin hardan hara qədər olduğunu
beynəlxalq qanunlar və sənədlərlə dəqiq bilir, tanıyır, istiqamətində bir addım
da saga-sola, geriyə atmır) 1975-ci ilin
xəritələrinə istinad olunmasını israr edirdi. Cənab Mişelsə Qarabağın Azərbaycanın
ayrılmaz hissəsi olduğunu təsdiqləyən Almatı bəyannaməsinə istinad etdi.
Almatı
bəyannaməsindən xatırlatma: 1991-ci
il dekabrın 21-də Alma-Ata şəhərində keçmiş sovet ittifaqı ölkələrindən 11 dövlətin
iştirakı ilə və Gürcüstanın müşahidəçi qismində iştirakı ilə zirvə toplantısı
keçirildi. Bu zirvə toplantısında bir sıra mühim qərarlar qəbul edildi. Başlıca
olaraq, SSRİ-nin dağılması ilə bağlı “Belovej” razılaşması bir daha təsdiq
olundu. Həmin vaxt 11 müstəqil respublika tərəfindən Müstəqil Dövlətlər Birliyi
yaradıldı. Yeni yaranmış birliyin dövlətlərarası siyasi və iqtisadi əlaqələri
özündə birləşdirən bir təşkilat olduğu və bir sıra istiqamətlərdə üzv dövlətlərin
münasibətlərinin tənzimlənməsini özündə əks etdirirdi.
Bu
bəyannamənin 3 və 4-cü bəndlərində qeyd olunur ki, MDB üzvü olan dövlətlər qraşılıqlı şəkildə
dövlətlərin ərazi bütövlüyünü və sərhəd toxunulmazlığını tanıyır. Sənədi
imzalayan Ermənistan və Azərbaycan qarşılıqlı şəkildə ərazi bütövlüyü və sərhəd
toxunulmazlığı ilə bağlı bəyannaməni imzalayıblar. 4-cü bənddə isə qeyd olunur
ki, birliyə üzv olan respublikaların dövlət suverenliyi və daxili işlərinə
müdaxilə etməməsinə hörmətlə yanaşacğını bəyan edirlər. Hər iki ölkə öz sərhədləri
daxilində dövlət suverenliyi və daxili işlərə müdaxilə etməmə (Bu həm də beynəlxalq
hüquqdan irəli gələn prinsipdir) öhdəliyi üzərinə götürür.
Almatı bəyannaməsində Ermənistan Azərbaycanın ən azı 86 600 kvadrat kilometr ərazisini tanımaqla Qarabağın Azərbaycan ərazisi olduğunu rəsmən və açıq şəkildə təsdiqləyib.
Ermənistan Laçın yolu ilə bağlı iddiaları da bu görüşdə divara dəymiş oldu. Aİ Şurasının Prezidenti bəyanatında Laçın yolu mövzusuna toxunmadı. Azərbaycan yeni reallıqlar tətbiq edəndə vəziyyətə və beynəlxalq qaydalara tam uyğunlaşdırır. Laçın yolunda sərhəd-keçid buraxılış məntəqəsinin qurulması labüd idi. Əks təqdirdə Qarabağın bəzi ərazilərində gizlənən erməni terrorçuları sərhəddə təxribatlarını davam etdirəcəkdi, bu isə sülhün yaranmasına böyük əngəldir. Əslində Laçın yolundakı sərhəd-keçid buraxılış məntəqsinin fəaliyyəti Azərbacanın sülhə sadiqliyinin bariz göstəricisidir. Bu mənada Avropa İttifaqı və digər beynəlxalq qurumlar vəziyyətin belə şəkil almasına təbii ki, etiraz etməzlər. Necəki cənab Mişel də bəyanatında mövzudan yan keçdi.
Bəyanatda Qarabağ ermənilərinin “hüquqları və təhlükəsizliyi”
ifadəsinin səslənməsi də təbiidir. Məhz rəsmi Bakı da dəfələrlə bəyan edib ki,
Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır və digər azərbaycanlılarla
eyni hüquq və azadlıqlara malikdirlər. Şarl Mişel bu qrup insanlarla açıq
dialoqun vacibliyini önə çəkib. Məhz Azərbaycan da bu istəkdədir və bu kimi
dilaoqların artıq keçirlməsinə qərar verilib, iki dəfə də görüş olub. Sadəcə
ermən tərəfi görüşlərin intensivləşməsinə müxtəlif bəhanələrlə mane olur. Ermənistanın
heç bir məntiqə sığmayan “status” iddiaları bu görüşdə də elə ürəyində qalıb. Bəyanatda
bu məsələ barədə bircə kəlmə də əksini tapmayıb.
Bəyantda o da xüsusi ilə vurğulanıb ki, tərəflər regionda nəqliyyat və iqtisadi əlaqələrin qarşısının alınmasına yönəlmiş müzakirələrdə aydın irəliləyiş əldə ediblər: “İndi bu mövzuda mövqelər bir-birinə çox yaxınlaşıb, xüsusən də Naxçıvanla və Naxçıvandan keçən dəmir yolu xətlərinin yenidən açılması ilə bağlı. Onların müvafiq komandalarına konkret vaxt cədvəli ilə birlikdə dəmir yolu əlaqələrinin açılması və zəruri tikinti işlərinin aparılması üsulları ilə bağlı prinsipial razılaşmanı yekunlaşdırmaq tapşırılıb”.
Azərbaycanın Zəngəzur dəhlizinin açılmasının labüdlüyü ilə bağlı israrında nə qədər haqlı olduğu bir daha aydınlaşır. Zəngəzur dəhlizi Ermənistanı da blokadadan çıxarmaq imkanlarına malikdir. Görünür qarşı tərəf bu həqiqəti anlamaqdadır. Əlbəttə separatçı ermənilər vəziyyətin stabilliyini istəməzlər. Onlar məhz xaotik durumda mənfəət əldə etməyi, rus sülhməramlılarının müvəqqəti nəzarət etdiyi Azərbaycan ərazilərindəki sərvətləri qanunsuz istismara məruz qoymağı xalqlarının gələcəyindən üstün tuturlar. Quldurun vətəni olmaz. Ermənistan rəhbərliyi nəhayət uçurumun astanasında dayanmaq qərarı verdi. Hər bir hökümət öz xalqının taleyinə cavabdehdir. Azərbaycanın təşəbbüsü ilə Zəngəzur dəhlizinin reallaşması ideyası Avropa Birliyi tərəfindən dəstəklənmiş oldu. Bununla da Ermənistan Zəngəzur dəhlizinin açılmasının zəruriliyini rəsmən etiraf etdi.
Əlbəttə məhbusların mübadiləsi məsələsi də ciddi
mövzudur. Şarl Mişel bəyanatında bu mövzuya toxunub. Azərbaycanın mövqeyi açıqdır.
Ya ikinin ikiyə prinsipi əsasında məhbusların mübadiləsi həyata keçiriləcək, ya
da bu proses məntiqi sonuğuna çatmayacaq.
Görüşdə Prezident İlham Əliyevin Azərbaycan ərazilərinin
minalanması və Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş azərbaycanlıların
taleyinə aydınlıq gətirilməsi ilə bağlı tələblər irəli sürüb. Bəyanatda bu barədə
qeyd olunur və bildirilir ki, dialoq davam etdirmək vacibdir.
Bakı ilə bu əhali (Qarabağın erməni əhalisi) arasında
şəffaf və konstruktiv dialoqun aparılmasının zəruriliyini diqqətə çatdıran Şarl
Mişel sonda belə bir ifadə səsləndirib: “Düşünürəm ki, qarşılıqlı məqbul həllər
əldə etmək üçün düşmənçilik ritorikasından çəkinmək, vicdanla məşğul olmaq və
liderlik nümayiş etdirmək vacibdir”.
Azərbaycan həmişə liderlik nümayiş etdirib. Hətta müharibə getdiyi ərəfədə belə, Ali Baş Komandan İlham Əliyev hər an müharibəni saxlaya biləcəyi ilə bağlı qarşı tərəfə dəfələrlə bəyan etdi. Bildirdi ki, ərazilərimizi tərk edin, müharibə dayansın. 10 noyabr sazişinin imzalanmasından sonra da eyni səviyyədə liderlik nümayiş etdirən İlham Əliyev ermənilərə sülh əlini uzatdı, bu gün də bəyan edir ki, Qarabağda yaşayan ermənilər ən yüksək hüquqlara malik olacaqlar.
Bu görüşdən sonra bir daha məlum oldu ki, Azərbaycanın regiona davamlı sülh vəd edən təşəbbüslərinə qarşı Ermənistan hər hansı alternativ təqdim edə bilmədi. Avropa Birliyi Cənubi Qafqazda sülhün bərqərar olunmasının özünü geostrateji prioritetləri sırasına daxil etdiyini də açıqlamış oldu.
Azərbaycan nə lazımdırsa edib, növbə Ermənistanındır.
Sülh istəyəcəksə, sülhü də alacaq, əks təqdirdə inkişafdan geri qalmış qəbilə
düşüncəsində yaşayacaqlar.
Ceyhun Musaoğlu