TRT 1 Ana Xəbərlər Bülleteninin aparıcısı İşıl Açıkkarın Analar Günü verilişində söylədiyi fikirlər müzakirələrə səbəb olub. Verilən reaksiyalardan sonra Açıkkarın vəzifəsindən uzaqlaşdırıldığı iddia edilir
"Mediaiaekspert" haberler.com-a istinadən xəbər verir ki, İşıl Açıkkar 10 May Analar Günündə canlı yayımda belə deyib: “Allah mənə hələ insan övladları bəxş etməyib, amma səssiz bəndələrinə xidmət etməklə, onlara ana olmaqla şərəfləndirib, mən də pəncəli anayam”. O, ev heyvanlarını sevdiyini vurğulayan aparıcının çıxışı sosial şəbəkədə müxtəlif reaksiyalara səbəb olub. Açıkkarın bu sözləri sosial mediada böyük səs-küyə səbəb olub.
Hələlik TRT məsələ ilə bağlı rəsmi açıqlama verməyib.







