Yeni yaradılacaq Şura jurnalist QHT-ləri üçün müsabiqələr keçirə bilər - Qənaət

Yeni yaradılacaq Media və Yayım Şurasının vəzifələri sırasında ixtisaslı Qeyri Hökumət Təşkilatlarının gözləntiləri də doğrulacaq. Bu qənaət qanun layihəsində əksini tapan tələbdən irəli gəlir. Geniş səlahiyyətlərə malik olacaq Şura media subyektlərinin inkişafına, iqtisadi müstəqilliyinin gücləndirilməsinə, fəaliyyətinin təkmilləşdirilməsinə yönəlmiş dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsini təşkil edəcək bu məqsədlə müsabiqələr keçirəcək. 

Ölkədə jurnalistka sahəsinə xidmət göstərən QHT-lər var. Onlar məhz jurnalistikanın inkişafına xidmət edən qrant müsabiqələrinin keçirilməsinin məqsədəuyğun olduğunu zaman-zaman dilə gətirirlər. 

Şuranın vəzifələrinə aid olan müsabiəqlərin keçirilməsi tələbini əks etdirən müddəada "qrant müsabiqələri" ifadəsinin yer almaması bir qədər tərəddüd yaratsa da, dövrün çağırışına əsaslansaq və tələbin məzmununa diqqət çəksək, onu deyə bilərik ki, yeni qurum QHT-lərə Dövlət Dəstəyi Agentliyinin qrant müsabiqələri mövzularındakı jurnalistika sahəsinə aid boşluğu dolduracaq. 

Xatırladaq ki, QHT Agentliyi qrant müsabiqəsində jurnalistikanın inkişafına yönələn konkret mövzular təqdim edir, ictimaiyyət üçün əhəmiyyət kəsb edən ümumi xarakterli layihələrin təklif edilməsi şərt kimi irəli sürülür. 

"Mediaekspert"