Hər hansı mətndə bir söz belə, yalandırsa, o mətni təşkil edən cümlələr əhəmiyyətini itirərək təsirini sıfıra endirmiş olur. Elə bu məntiqlə "bir səhv dörd düzü pozur" şərti imtahanların əsas funksiyalarından biri kmi təqdim edilməkdədir.
ABŞ Konqresində Tom Lantos adlı birisinin təşkil etdiyi dinləmələrin nəticəsində "qəbul olunmuş bəyanat"dan sallanan "Dağlıq Qarabağ", “Artsax”, "ermənilərə qarşı soyqırım" ifadələri nəinki bəyanatı, nəinki, Tomu, bütövlükdə Konqresi gülünc görkəmə salır.
İki gopçunun söhbəti:
- Babamın buludlara çatacaq ferması var idi.
- Mənim də babamın çubuğu var idi, o buludları dağıdırdı ki, yağış yağmasın, yoxsa sənin babanın fermasını sel aparar.
"Konqres çayxanası"na toplaşanların söhbəti gopçuların dialoqunu həm də ona görə xatırladır ki, Ukaraynanı qızışıdırıb Rusiyanın cənginə elə bu kimi söhbətlərlə atdılar. Atalarımız demiş: "Söhbət quzunu qurda yem edər".
Siz kim, biz kim. Biz dedyirik və edirik, siz deyinirsiz və etmirsiz. Fərqimiz o buludlara uzatdığınız cubuğun məsafəsi qədərdir. Məna fərqimizə gəldikdə vəziyyət belədir: Sizdə yağmasın deyə, buludları dağıtıdığınız halda yer kürəsini sel basır, bizdə yürütdüyümüz siyasətlə səma buludlardan təmizlənir.
Həqiqətən sizin kimi boşboğazlıq edənlərə ayırmağa vaxtımız yoxdur. Həqiqətən həm öz işlərimiz çoxdur, həm də sizin töküb dağıtdıqlarınızı yığmalıyıq. Dünya bizimdir. Elə əsas fərqimiz də budur: Sizin üçün dünya ABŞ-dan ibarətdir, bizim üçün Azərbaycan özü bir dünyadır, ölkəmizin gələcəyini dünyanı yalanın, səmimi olmayan siyasətin caynağından qurtaqmaqda görürük.
Hörmətsiz konqresmenlər, bir səhvinizlə dörd düzü silməklə hələ başınızıa çox sayda əkiz binaları uçuracaqsınız.
Ceyhun Musaoğlu