"Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzinə Maddi Texniki Təchizat üzrə rəis müavini təyin olunub". Bu cümlə bəzi media orqanlarında yayılan "Nazirdən Mehdiyevin yerinə TƏYİNAT" başlıqlı xəbərin birinci cümləsidir. Prezident Administrasiyasının keçmiş rəhbəri olmuş Ramiz Mehdiyevin ən ağır ittihamlarla həbs olunduğu ərəfədə belə başlıq təbbi diqqət çəkəndir.
Məlumatı oxuyandasa bəlli olur ki, vəzifəsindən çıxarılan Mehdiyeviin bütün vəzifələrini itirən o Mehdiyevlə heç bir qohumluq əlaqəsi yoxdur.
Oxucuya belə münasibət, çaşqınlıq yaradaraq yazının oxunmasını təşkil etmək jurnalistika prinsipinə ziddir.
Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydalarının "PRİNSİP 1: Həqiqətə xidmət, dəqiqlik və obyektivlik" bəndi pozulub. Həmin prinsipin "1.1 Jurnalistikanın ali məqsədi həqiqəti yaymaqdır, obyektivlik isə əsas peşəkarlıq meyarıdır" maddəsinə əməl olunmayıb. İndiki məqamda "Mehdiyev" soyadını başlığa çıxarmaq manipulyasiya anlamı verir.
Manipulyasiya etmək jurnalistikanın prinsiplərinə ziddir.
Mediaekspert.az







