"Azərbaycanın Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurması sözün bütün mənalarında tarixi hadisədir".
Bu fikirləri Mediaekspert.az saytına açıqlamasında jurnalist Nicat Dağlar bildirib.
Onunun sözlərinə görə bu addım həm də Azərbaycan Dövlətinin postmüharibə dövründəki uğurlu Qarabağ siyasətinin növbəti bəhrəsidir:
"Proseslər Azərbaycan Prezidentinin müəyyən etdiyi xəttə, elan etdiyi qaydalara uyğun şəkildə cərəyan edir: Qarabağ erməniləri ya Azərbaycan vətəndaşlığını qəbul etməli, ya da çıxıb getməlidirlər".