Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Qarabağdakı erməni separatçılarının gələcək taleyinə konkret aydınlıq gətirib.
Hikmət Hacıyev tvitter hesabında yazıb: "Azərbaycan öz ərazisində boz nəzarətsiz bölgənin olmasına dözmək niyyətində deyil. Qeyri-qanuni rejim buraxılmalı və tərksilah olunmalıdır".
Jurnalist Ekspert Mərkəzinin sədri Ceyhun Musaoğlu Zeferinfo.az saytına açıqlamasında bu mövzuda danışıb: "Azərbaycan dövləti qəti mövqeyində tam haqlıdır. Heç bir ölkə öz ərazisində terrorçu xunta rejiminin qurulmasına imkan verməz. Qarabağda yaşayan erməniəsilli sakinlər arutyunyanların girovundadır. Rəsmi Bakı sakinlərini girovluqdan mütləq qurtaracaq. İki yol var: qondarma rejim ya könüllü şəkildə xəstə iddialarından əl çəkəcək, tərksilah olacaqlar, ya da Azərbaycan Ordusu ərazisini 44 saat ərzində quldurlardan təmizləyəcək. Əlbəttə sülh naminə, dinc yaşamağa nail olmaq naminə, Cənubi Qafqazda münaqişə ocağını həmişəlik söndürmək naminə".
JEM sədri onu da vurğulayıb ki, Ermənistan mətbuatı Hikmət Hacıyevin açıqlamasını geniş şəkildə yaymaqdadır və aparılan müzakirələrdən bəlli olur ki, Azərbaycanın sərt tədbirlər görə biləcəyi
ehtimalı onları həyacanlandırıb.
Qeyd edək ki, 2020-ci il mayın 21-dən Azərbaycanın Qarabağ iqtisadi rayonundakı terrorçu-separatçılara başçılıq edən Araik Arutyunyanın bu vəzifəsindən geri çəkildiyi xəbəri yayılıb. Məlumata görə, o, bu barədə sosial şəbəkə səhifəsində yazıb.
C.Musaoğlu Arayikin geri çəkilməsini "Azərbaycan nə deyir, onu da edir" həqiqəti ilə əsaslandırıb: "Azərbaycan Prezidenti İlham Əliyev Qarabağdakı terrorçu dəstənin qondarma əməllərinə, çirkin fəaliyyətlərinə, milli-etnik zəmində törətdiyi cinayətlərinə,sərvətləri taladığımıza görə qanun qarşısında cavab verəcəklərini birmənalı bəyan edib. Prezidentin köməkçisinin son açıqlaması da quldurların aqibətinin aydın mənzərəsini bir daha göstərmiş oldu. Erməni terrorçuları bu aqibəti yaşaya biləcəklərindən ciddi əndişələniblər. Tək Arayik yox, Qarabağdakı qeyri-qanuni silahlıların hər biri cürük ideyalarından əl çəkməldirlər".
Bəsirə Həsənzadə