“Serbiya-Bolqarıstan
Qaz İnterkonnektorunun açılması Azərbaycanın qaz ixracı coğrafiyasının genişləndiyini
təsdiq edən növbəti hadisədir. Azərbaycan
Prezidenti İlham Əliyevin dekabrın 10-u Niş şəhərində keçirilən açılış mərasmindəki
çıxışında bu münasibətlə xalqı təbrik etməsi və səsləndirdiyi rəqəmlər onu deməyə
əsas verir ki, ölkəmiz təbii qaz, alternativ, o cümlədən yaşıl enerji
istehsalçı, ixracatçısı olaraq böyük uğurlara imza atıb”.
Bu açıqlama Jurnalist Ekspert Mərkəzinin yaydığı məlumatda əksini
tapıb.
JEM ölkə başçısının çıxışındakı faktları təsnifatlandıraraq
təqdim edib:
-
Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlıq
üzrə Anlaşma Memorandumuna uyğun olaraq, 2021-ci ildə Avropa məkanına qaz
ixracı 8 milyard kubmetrdən çox olub, hazırda 12 milyard kubmetrə çatır. Bu da
Azərbaycanın ümumi qaz ixracının 50 faizini təşkil edir.
- Azərbaycan
2027-ci ilə qədər Avropaya göndərilən qazın həcmini iki dəfə artıracaq.
-Təbii
qazın ixrac edildiyi doqquz ölkənin yeddisi Avropa ölkəsidir.
-
Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa neft kəmərləri Azərbaycan neftini Aralıq dənizinin
və Qara dənizin bazarlarına çatdırır.
- Cənub
Qaz Dəhlizinin uzunluğu 3500 kilometrdir.
-
Bolqarıstana iki il öncə göndərilməyə başlanılan qaz təhcizatı 2021-ci ildə 270
milyon, 2022-də 500 milyon kubmetr həcmdə olub. Bu il ixrac 1 milyard kubmetrə
çatdırılacaq.
- Azərbaycanın
Xəzər dənizi, Qara dəniz, Aralıq dənizi, Avropa İttifaqı ilə əlaqələri sürətlə
inkişaf edir və plan Avropa məkanında yaradılacaq interkonnektorlar vasitəsilə
yeni ölkələrin bazarlarına çıxmaqdır.
- Azərbaycanın
irəli sürdüyü, icra etdiyi layihələr nəticəsndə Avropanın və Asiyanın -
Avrasiyanın enerji xəritəsi böyük dərəcədə yenidən tərtib edilib.
- Azərbaycan 10 qiqavat bərpaolunan enerji növlərinin yaradılması üzrə investorlarla sazişlər və anlaşma memorandumları imzalayıb.
- Həm
Serbiya, həm Bolqarıstan, həm Şərqi Avropa qrupuna daxil olan digər ölkələr Azərbaycanın
namizədliyini dəstəkləyərək COP29 konfransının Bakıda keçirilməsinə şərait
yaratdılar.
“Prezident
İlham Əliyevin Azərbaycanın zəngin neft və qaz resursları olduğuna diqqət çəkərək
gələcəyin təmiz yaşıl enerjinin istehsalı və ixracı ilə bağlı oldğunu söyləməsi,
“Əminəm ki, gün gələcək və buna oxşar mərasim yaşıl enerji layihələri ilə bağlı
keçiriləcəkdir” fikrini vurğulaması nəinki ölkəmiz, dünya üçün şad xəbərdir”
– təşkilatın yaydığı məlumatda qeyd olunub.
JEM ölkə başçısının Serbiya-Bolqarıstan Qaz
İnterkonnektorunun açılış mərasimindəki çıxışının məzmununa istinadən Azərbaycanın
uğurlarının səbəbini mənəvi aspektdən belə dəyərləndirib:
- Sadiqlik; dostluq; səmimiyyət; şəffaflıq; strateji tərəfdaşlıq; qarşılıqlı anlaşma, planetin təhlükəsizliyinə töhfə vermək bacarığı.