Mediada müğənni Rəqsanə İsmayılovanın keçmiş kürəkəni
ilə bağlı səsləndirdiyi fikirlər yayılıb.
Müğənni videoaçıqlamasında qızı Aysun xanımdan
ayrıldığı iddia olunan Eşqin Cəlilov barədə ağır ittihamlar səsləndirib.
İtthamların detallarına varmadan bildirək ki, ana
qızının həyat yoldaşı olmuş şəxsi ailəsinə qarşı fiziki zoraklıqda qınayır.
Yayılan məlumatlarda yanlışlıq isə ondan ibarətdir ki,
ittihama məruz qalan tərəfin mövqeyi olmadan ittiham irəli sürən şəxsin fikirləri
yayılıb.
Belə hal Azərbaycan Jurnalistlərinin Etik Davranış
Qaydalarının bəzi prinsiplərinin pozulmasıdır.
PRİNSİP 1: maddə 1.2: “Jurnalist hazırladığı yazıda tənqid obyektinin mövqeyini öyrənib bildirməlidir. Bu, mümkün olmadıqda, tənqid obyekti tələb edərsə, öz fikirlərini çatdırmağa çox qısa vaxtda ona şərait yaradılmalıdır. Plüralizm prinsipinə əməl edilməlidir”.
Mediaekspert Monitorinq Qrupu