13 yaşlı qızın qaçırılması ilə bağlı məlumatların yayılmasında Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydalarının prinsipləri pozulub.
Azyaşlının adının çəkilməsi və şəklinin yayılması bu Qaydalara
ziddir.
Həmin ziddiyyət PRİNSİP 3: maddə 3.6.-da aydın göstərilib.
“Bədbəxt hadisələr və ya cinayət nəticəsində zərər çəkmiş
şəxslərin razılığı olmadan onların adları açıqlanmamalı, şəkilləri verilməməlidir.
Bu, yalnız xüsusi məqamlarda və zərərçəkənin ictimai fiqur olduğu hallarda
mümkündür. Əgər cinayəti yeniyetmələr və ya uşaqlar (18 yaşı tamam olmamış şəxslər)
törədibsə, bu zaman da cinayətkarın adını açıqlamaqdan və şəklini yaymaqdan çəkinmək
lazımdır”.
Mediaekspert Monitorinq Qrupu