Xəyalımda qadın simvolunun heykəlinə çevrilən Şükriyyə Axundzadəni nəhayət canlı gördüm. Bəy qızının uşaqlıq xoşbəstliyi, şair sevdalısının qayğısız anları, istiqlal çarçısı arvadının dəhşətli məşəqqətləri duyğularıma hopdu.
İnandım: Əsər, quruluş, səhnə tərtibatı, işıq, musiqi, aktyor oyunu, anşlaq, tamaşaçı riqqəti bir nöqtədə birləşərək “Şükriyyə”ni teatr tarixinə həkk edəcək.
Əmin oldum: teatr klassik mədəniyyətin aşılanmasına imkan verməyəcək.
Dünən Şükriyyəni gördüm. Özüdür! Yaşayır! Sağ-salamatdır.
Xudaya şükr etdim!
Ceyhun Musaoğlu