"Mehdiabad" futbol klubu 1/8-ə yüksəldi – Fotolar + Video

Mehdiabad qəsəbəsini təmsil edən "Mehdiabad" klubu Gənclər və İdman Nazirliyinin, Bakı Abadlıq Xidmətinin təşkilatçılığı, AFFA-nın dəstəyi ilə Bakı qəsəbə və kəndlərin 2012-13 cür il uşaqların mini futbol turnirinin qrup mərhələsini uğurla başa vurub.

Turnirdə 8 qurup olmaqla 32 komanda iştirak edir. G qrupunda mübarizə aparan "Mehdiabad" klubu "Göradil" komandası ilə heç-heçə oynayıb (1:1), "Məhəmmədi" komandasına qalib gəlib (4:1), "Aşağı Güzdək" komndası ilə bərabərliyə qalıb (0:0). Nəticələrə görə qrupdakı oyunları birinci yerlə başa vuran "Mehdiabad" 1/8-də ilk oyununu aprelin 21-i "Biləcəri" komandasına qarşı keçirəcək. 

Oyun 13:00-da Bakı Olimpiya Stadionunun mini futbol meydançasında olacaq.

Jurnalist Ekspert Mərkəzi "Mehdiabad" klubuna informasiya dəstəyi verir.