Əməkdar jurnalist, Bayraqdar.info saytının baş redaktoru, Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrətin 55 yaşı tamam oldu. Dəyərli həmkarımızın yubileyidir.
Azər Həsrət jurnalistika və ictimai mühitdə fəaliyyəti ilə yaxşı mənada fərqlənərək, cəmiyyətin inkişafına təsir göstərən davranış tərzinə malik şəxsiyyətdir.
“Öncə dövlətdir” prinsipinə sadiqliyi, peşəsində bu prinsipi bayraqdara çevirməsi həmkarımızın uğurlarının əsas səbəblərindədir.
Uğurlarınız davamlı, yolunuz daim açıq olsun, Azər Həsrət. Hər gününüz mübarək!
Mediaekspert.az