İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyə əsasən, qanuni qüvvəyə minmiş məhkəmə qərarı olmadan şəxsin təqsirli olması barədə məlumatların dərc edilməsinə (yayımlanmasına) görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə cərimə ediləcəklər.
Mediaekspert.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin aprelin 25-də təsdiqlədiyi
qanuna edilən dəyişiklikdə əksini tapıb.