İsrailin Qəzza bölgəsində 2023-cü il oktyabrın 7-dən apardığı hərbi əməliyyatlar nəticəsində öldürülən jurnalistlərin sayı 126-ya çatıb.
Mediaekspert.az xəbər verir ki, bu barədə Qəzza hökumətinin Media Ofisi açıqlama yayıb.
Açıqlamada Rəfah və Cibaliye şəhərlərinə təşkil edilən hücumlarda jurnalistlər Ela Həsən əl-Hims və Engham Əhməd Advanın da həyatını itirdiyi bildirilib.
Bu dəhşətli statistikadan sonra dünyada öldürülən jurnalistlərin sayı 489-a çatıb.
***
Qəzza zolağında 2023-cü il oktyabrın 7-dən aparılan hərbi əməliyyatlar nəticəsində öldürülən jurnalistlərin sayı 138-ə çatıb.
Bu barədə Qəzza hökumətinin Media Ofisi məlumat yayıb.
Məhəmməd Əbu Sahil adlı fələstinli jurnalist Şifa xəstəxanasına hücum zamanı həlak olub.
***
Bununla da öldürülən jurnalistlərin sayı 12 nəfər artıb. Dünyada 501 nəfər jurnalist qətlə yetirilib.
Qeyd: Statistik rəqəmlərdə xırda yanlışlıqlar ola bilər
CPJ (Committee Protect Journalistsin açıqladığı son məlumata görə dünyada müxtəlif səbəblərdən öldürülən jurnalistlərin sayı 2.186 nəfərdir.
2025-ci il oktyabrın 23-də Ukraynanın “Freedom” telekanalının jurnalistləri Kramatorskda Rusiyanın “Lancet” pilotsuz təyyarəsinin zərbəsi nəticəsində həlak olublar.
APA xəbər verir ki, bu barədə Donetsk vilayətinin Hərbi Administrasiyasının rəhbəri Vadim Filaşkin bildirib.
Telekanal hərbi müxbir 43 yaşlı Alena Qramova (Qubanova) və 33 yaşlı operator Yevgeni Karmazinin ölümünü təsdiqləyib.