Prezident İlham Əliyevin təsdiqlədiyi
İnzibati Xətalar Məcəlləsində media subyektləri ilə bağlı dəyişikliklər yer
alıb.
Mediaekspert.az-ın xəbərinə görə, dəyişikliyə
əsasən, media subyektləri tərəfindən təkzib, cavab və düzəliş verilməsinin
"Media haqqında" qanunla müəyyən edilmiş qaydalarının pozulmasına
görə, vəzifəli şəxslər 300 manatdan 600 manatadək məbləğdə, hüquqi şəxslər 1
000 manatdan 1 500 manatadək məbləğdə cərimə ediləcək.