Jurnalist Ekspert Mərkəzi QHT Agentliyinin 2023-cü il müsabiqəsində qalib oldu

Jurnalist Ekspert Mərkəzi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının elan etdiyi 2023-cü il kiçik qrant müsabiqəsində qalib olub. 

Mediaekspert.az xəbər verir ki, JEM İnsan haqqları, ictimai vəkillik, demokratiya və hüquq məsələləri, insan alverinə qarşı mübarizə istiqaməti üzrə "Şəhid ailələri və qazilərin ən etibarlı dayağı həmişə dövlətdir" layihəsini həyata keçirəcək. 

Layihə çərçivəsində şəhid ailələri nümayəndələri və qazilərin iştirakı ilə verilişlər hazırlanacaq. 

Xatırladaq ki, JEM 2022-ci il müsabiqəsində də analoji istiqamət üzrə qalib olmişdu və "Şəhid ailələri və qazilərin ən etibarlı dayağı dövlətdir" adı altında və ictimaiyyət nümayəndələrinin iştirakı ilə verilişlər hazırlayıb yayımlamışdı. 

İndiki layihə ötən layihənin bir növ davamıdır. 

Bəsirə Həsənzadə