“APA Media
Group”un rəhbəri, Mətbuat Şurası İdarə Heyətinin üzvü, əməkdar jurnalist Vüsalə
Mahirqızının doğum günüdür.
Yaratdığı
və rəhbərlik etdiyi media şirkətinin daimi inkişafına nail olan Vüsalə xanımın uğurlarının
başlıca səbəbi gələcəyə olan sarsılmaz inamıdır.
Dəyərli həmkarımızın
istinad nöqtəsi dünən deyil, sabahdır. Kainat hər anın qədrini bilən adamlara qızıldan
qiymətli əlavə vaxtı mükafat göndərir. Vüsalə xanım bu vaxtdan o dərəcədə səmərəli
istfadə edir ki, yaratdığı media orqanlarının hər birinin etibarlı mənbə
imicini qoruyub saxlaya bilir, neçə-neçə jurnalistin dərdinə həyan olur,
sevincinə pay qatır.
Dünyaya xoş
gəlmisiz, Vüsalə xanım. Hər vaxtınız xeyir.
Mediaekspert.az