Jurnalistikaya qabiliyyət imtahanının mövzuları belə müəyyənləşdi - Foto

Jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün bu gün keçirilən qabiliyyət imtahanının mövzuları Mətbuat Şurası İdarə Heyəti üzvlərinin və media nümayəndələrinin iştirakı ilə müəyyənləşib.

DİM-in mərkəzi ofisində təşkil olunan mərasimdə 200-dən çox mövzu içərisindən püşkatma nəticəsində məlum olan mövzular: 

- Uğurlu insan olmaq nə deməkdir? 
- Mətbuat azadlığını necə başa düşürəm
- Yaxşı övlad olmaq üçün hansı xüsusiyyətlərə malik olmaq lazımdır. 

Vüqar Rəhimzadə, Elçin Mirzəbəyli, Yadigar Məmmədli, Müşviq Ələsgərli və Ceyhun Musaoğlu  həm də imtahan prosesini izləyib.