Mətbuat Şurasının təmsilçisi Baş Prokurorluğun tədbirində informasiya savadlılığından danışdı - Foto

Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar həyata keçirilən silsilə tədbirlərin davamı olaraq, dekabrın 22-də Abşeronda “Heydər Əliyev və müasir dövlət quruculuğu” adlı işgüzar konfrans keçirilib.

Konfransda Mətbuat Şurası İdarə Heyətinin üzvü, Jurnalist Ekspert Mərkəzinin sədri, Ceyhun Musaoğlu iştirak və çıxış edib. 

MŞ nümayəndəsi təmsil etdiyi qurumun cəmiyyətdə informasiya savadlılığının artırılması istiqamətində gördüyü işlər barədə ətraflı məlumat verib.

Mediaekspert.az