Sosial Tədqiqatlar Mərkəzi fikir istehsalçısına çevrilib - Tədbir təəssüratı

Sosial Tədqiqatlar Mərkəzində mütəmadi şəkildə maraqlı, aktual, xeyirli tədbirlər keçirilir. Faciə tariximizin ağır günlərindən birində - 26 fevralda STM-in geniş, səliqəli, texniki imkanları üst səviyyədə olan salonunda bütün mənalarda vacib bir tədbir – "Yeni tarixi mərhələ - yeni milli ideologiya" mövzusunda “dəyirmi masa” gerçəkləşdi.

Tədbirin tam vidoyazısına dünən baxdım. Həqiqətən qonaqların şəxsiyyəti, danışanların fikirləri düşüncəmdə qığılcım yaratdı Olduqca açıq və savadlı fikirlər söylənildi. Təsnifatlandıran olsa, cəmiyyətin inkişafına təkan olan xeyli cövhərlər çıxar. Kainatın mayası sözdür, fikirdir. Hərəkət sonra gəlir.

Qənaətim belədir ki, STM fikir istehsalçısı funksiyasını səliqəli icra edir. Tədbirdə elan olundu ki, Mərkəzin əməkdaşları  natiqlərin çıxışlarını proqram xarakterli sənəd şəklində cavabdeh qurumlara təqdim edəcək. Əla!

Qalır həmin fikirlərin işığında yola çıxmaq, iş görmək. “Dəyirmi masa”da dediyim kimi, çörəyi dəmirçiyə verməsələr nəticə əla olacaq.

Ceyhun Musaoğlu