Deputat Elmar Nəsirovun keşmiş ailə üzvlərinin, o cümlədən qızı kimi təqdim olunan şəxsin ailədaxili problemlərə söykənən açıqlamalarının media orqanlarında yayımlanması Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları ilə ziddiyyət təşkil edir. Öncə sosial şəbəkələrdə yayılan deputata qarşı ittihamların mediaya ayaq açması doğru sayılmır.
Sosial şəbəkə heç bir qanuna, qaydaya əsaslanmadan fəaliyyət göstərir, ancaq medianın qanunu və illərin sınağında çıxmış qaydaları var. Elmar Nəsirovu ailədaxili mövzuda medianın "qəhrəmanı"na çevirmək Jurnalistlərinin Etik Davranış Qaydalarının aşağıdakı prinsipinə ziddir.
PRİNSİP 3: Şərəf və ləyaqətin qorunması, şəxsi həyatın toxunulmazlığı
3.2 Jurnalist görüşdüyü, haqqında yazdığı hər bir şəxsin şərəf və ləyaqətinə, şəxsi həyatının toxunulmazlığı prinsipinə hörmətlə yanaşmalıdır.
3.3 Jurnalist vətəndaşların şəxsi həyatına aid faktları, onlar cəmiyyətin maraqlarına toxunmursa, hüquqa zidd deyilsə və ya ictimai əhəmiyyət kəsb etmirsə, özlərinin razılığı olmadan yaya bilməz.
MediaEkspert.az







