Milli-mənəvi dəyərlərin təbliğində, dövlətçilik ideyaların aşılanmasında və gənclərin maariflənməsində xidmətlərinə görə 70 nəfər media nümayəndəsi "Hədəf -15 Döş Nişanı"na layiq görülüb.
Hədəf Şirkətlər Qrupu idarə heyətinin qərarı ilə təsis edilən döş nişanı elm, təhsil, mədəniyyət kimi sahələrin inkişafında xidmətlərinə görə Azərbaycan ziyalılarına təqdim edilir.
Milli Mətbuat Günü münasibəti ilə Hədəf Liseyi Abşeron filialında təşkil edilən tədbirin moderatoru dosent Elvin Əliyev "Heydər Əliyev və Müstəqil Azərbaycan Mediası" mövzusunda məruzə səsləndirdi.
Hədəf Şirkətlər Qrupunun qurucu-direktoru Şəmil Sadiq giriş nitqində milli təhsil brendi hesab olunan Hədəf Qrup haqqında geniş məlumat verdi, mətbuatla sıx əlaqələrindən danışdı, mükafatçıları təbrik edərək "Hədəf"ə gəstərdikləri dost münasibətə görə təşəkkürünü bildirdi.
Tədbirdə medianın tanınmış nümayəndələri Ümid Rəhimoğlu, Elçin Mirzəbəyli, Yunus Oğuz, Vuqar Rəhimzadə, Əkbər Qoşalı, Eltən Qədimbəyli, Çingiz Özgür, Anar Cəbrayıl, Azər Həsrət, Orxan Cabbarlı, Aqil Camal, Ceyhun Musaoğlu, Nadir Azəri, İlham Tumas, Rasim Sadıxov, Elnur Eltürk, Elçin Zahiroğlu, Nüşabə Hüseynova, Fira Cəlilova və digər jurnalistlər iştirak edirdi.
Çıxışçılar Hədəf Şirkətlər Qrupunun Azərbaycan təhsilindəki yerindən, rolundan, uğurlarından, təhsilimizə verdiyi töhfələrdən və Hədəf Konseptindəki yeniliklərdən danışdılar. Qonaqlar liseyin Zəfər otağını, laboratoriyalarını, tədris otaqlarını gəzərək yaradılan şəraitlə tanış oldular.
Sonda Eltən Qədimbəylinin moderatorluğu ilə oxatma təlimi keçirildi.