Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar həyata keçirilən silsilə tədbirlərin davamı olaraq, noyabrın 3-də Göyçay şəhərində “Heydər Əliyev və şanlı Zəfər tariximiz” adlı işgüzar konfrans keçirilib.
Konfransda müxtəlif dövlət qurumlarının rəhbər şəxsləri və rayon ictimaiyyəti iştirak edib.
Mətbuat Şurasının da ənənəvi şəkildə təmsil olunduğu tədbirdə MŞ İdraə Heyətinin üzvü, Jurnalist Ekspert Mərkəzinin sədri Ceyhun Musaoğlu “Heydər Əliyevin başlatdığı və İlham Əliyevin nidasını qoyduğu əbədi Zəfərin mediada təcəssümü” mövzusunda məruzə ilə çıxış edib.
Konfrans "İlham" sənədli filminin nümayişi ilə yekunlaşıb.