Elçin Mirzəbəylinin "Anamın duası" kitabı təqdim olundu - Foto

Azərbaycan Yazıçılar Birliyində Əməkdar jurnalist, şair, siyasi ekspert Elçin Mirzəbəylinin “Anamın duası” adlı şeirlər kitabı təqdim olunub.

Tarixi Zəfərə həsr olunan kitabda şairin xüsusən Vətən mövzusunda yazdığı şeirlər toplanıb. 

Tədbirdə Azərbaycanın tanınmış ziyalıları, Mətbuat Şurası İdarə Heyətinin üzvləri, yazarlar, incəsənət xadimləri və media nümayəndələri iştirak edib.

MŞ sədri Rəşad Məcidin təqdimatı ilə çıxış edən iştirakçılar E.Mirzəbəyli barəsində xoş fikirlər söyləyib, şairin şeirlərini səslənidiriblər. 

Tədbirdə Jurnalist Ekspert Mərkəzinin nümayəndəsi də iştirak edib. 

Mediaekspert.az