Jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün bu gün keçirilən qabiliyyət imtahanının mövzuları Mətbuat Şurası İdarə Heyəti üzvlərinin və media nümayəndələrinin iştirakı ilə müəyyənləşib.
DİM-in mərkəzi ofisində təşkil olunan mərasimdə 200-dən çox mövzu içərisindən püşkatma nəticəsində məlum olan mövzular:
- Uğurlu insan olmaq nə deməkdir?
- Mətbuat azadlığını necə başa düşürəm
- Yaxşı övlad olmaq üçün hansı xüsusiyyətlərə malik olmaq lazımdır.
Vüqar Rəhimzadə, Elçin Mirzəbəyli, Yadigar Məmmədli, Müşviq Ələsgərli və Ceyhun Musaoğlu həm də imtahan prosesini izləyib.