Elektron Təhlükəsizlik Xidməti rəhbərliyi Mətbuat Şurası İdarə Heyəti üzvləri, Media Agentliyi və mətbuat subyektləri nümayəndələri ilə birgə "Media qurumlarının kibertəhlükəsizlik problemləri" mövzusunda dəyirmi masa təşkil olunub.
MŞ-da keçirilən müzakirələrdən məlum olan həqiqət budur ki, kibertəhlükəsizlik sahəsində ciddi və böyük problem var, həmin çatışmazlıq sürətlə genişlənir, dərinləşir.
Bu sahəyə cavabdeh qurumlar hücuma məruz qalanların kibergigenik və texniki boşluqlara yol verdiyini, peşəkar kadr potensialına malik olmadığını, zərərçəkənlərsə veb ünvanların qorunmasında qarşı tərəfin zəif fəaliyyət göstərdiyini iddia edirlər.
Ümumi qənaət belədir: xilas yolu maarifləndirmədən keçir.
Müzakirələr çərçivəsində ETX mütəxəssisləri maarifləndirici slaydlar göstərdilər.