Sosial Tədqiqatlar Mərkəzinin (STM) təşkilatçılığı ilə Azərbaycan Dövlət Pedaqoji Kollecində (ADPK) “Qərbi Azərbaycana qayıdış gənclərin gözüylə” adlı tədbir keçirilib.
Medianews.az xəbər verir ki, Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyinin rəhbəri Sevinc Fədainin moderatorluğu ilə keçirilən tədbirdə STM-in Media və Kommunikasiya Departamentinin müdiri Əziz Əlibəyli, və Jurnalist Ekspert Mərkəzi İctimai Birliyinin (JEM) sədri, Mətbuat Şurası İdarə Heyətinin üzvü Ceyhun Musaoğlu çıxış edərək Qərbi Azərbaycana qayıdışın mütləq baş tutacağını faktlara, dəlillərə, reallığa söykənən təhlillər əsasında diqqətə çatdırıblar.