"Şiddətə yox de!” filmi təqdim olundu - Foto + Video

Məişət zorakılığı zəminində fiziki, psixoloji və cinsi zorakılıq hallarına qarşı mübarizəni özündə ehtiva edən "Şiddətə yox de!” adlı qısametrajlı filminin vətəndaş cəmiyyəti institutu ümayəndələri üçün təqdimatı keçirilib.

“İnsan Alverinə Qarşı Mübarizə Təşkilatı” İctimai Birliyinin  Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə  hazırladığı film  “Zorakılıq hallarına qarşı mübarizədə müasir metodların təbliği” adlı layihəsi çərçivəsində ərsəyə gəlib.
Tədbirdə çıxış edən layihə rəhbəri Ramiz Alıyevin bildirib ki, məqsədi "Şiddətə yox de!” adlı qısametrajlı film vasitəsi ilə cəmiyyəti məişət zorakılığı, cinsi zorakılıq hallarına və ümumiyyətlə insan alverinə qarşı maarifləndirməkdən ibarətdir.

Mərazimdə DİN-in və QHT təmsilçiləri filmlə bağlı təəssüratlarını bölüşüblər.
Təqdimat tədbirində Jurnalist Ekspert Mərkəzinin sədri Ceyhun Musaoğlu da iştirak edib. 

Mediiaekspert.az