Sosial Tədqiqatlar
Mərkəzində mütəmadi şəkildə maraqlı, aktual, xeyirli tədbirlər keçirilir. Faciə
tariximizin ağır günlərindən birində - 26 fevralda STM-in geniş, səliqəli,
texniki imkanları üst səviyyədə olan salonunda bütün mənalarda vacib bir tədbir
– "Yeni tarixi mərhələ - yeni milli ideologiya" mövzusunda “dəyirmi
masa” gerçəkləşdi.
Tədbirin
tam vidoyazısına dünən baxdım. Həqiqətən qonaqların şəxsiyyəti, danışanların
fikirləri düşüncəmdə qığılcım yaratdı Olduqca açıq və savadlı fikirlər söylənildi.
Təsnifatlandıran olsa, cəmiyyətin inkişafına təkan olan xeyli cövhərlər çıxar.
Kainatın mayası sözdür, fikirdir. Hərəkət sonra gəlir.
Qənaətim
belədir ki, STM fikir istehsalçısı funksiyasını səliqəli icra edir. Tədbirdə
elan olundu ki, Mərkəzin əməkdaşları
natiqlərin çıxışlarını proqram xarakterli sənəd şəklində cavabdeh
qurumlara təqdim edəcək. Əla!
Qalır həmin fikirlərin işığında yola çıxmaq, iş görmək. “Dəyirmi masa”da dediyim kimi, çörəyi dəmirçiyə verməsələr nəticə əla olacaq.
Ceyhun Musaoğlu