Cənubi Qafqaza sülh gətirərək onu qoruyacaq həşəmətli Azərbaycan Ordusu – Danılmaz arqumentlər

Tez-tez eşidirik: deyirlər, dünyanın şərtləri dəyişib. Əslindəsə dəyişən heç nə yoxdur. Şərt elə həminkidir: güclüsənsə haqlısan. 30 il öncəki Azərbaycanın halına baxaq. Haqlı idi, 20 faiz ərazisini Rusiya il Ermənistan birləşərək işğal etmişdi. Qalib gələ bilirdimi? Kim deyir ki, vuruşmurdu. Birinci Qarabağ müharibəsinin iştirakçıları – şəhidləri, qaziləri barələrində əfsanələr yaradıblar. Bəs niyə məğlub olduq? Sadə cavab budur: əsgərimiz fərd olaraq güclü, ordumuz kollektiv olaraq zəif idi. Əsgər nə atsın, əylə atsın, hansı texnika ilə vuruşsun?.. Daxili savaşlar, dövlət çevrilişinə cəhdlər, şimal qonşumuzun məkrli siyasət, İranın hiyləsi… Üç tərəfli, dörd tərəfli hücuma məruz qalan dövlət qalib gələ bilməz.



 

Dünyanın şərtləri eynidir, sadəcə Azərbaycan Ordusu fövqəladə gücə sahiblənib. O dərəcədə ki, 30 illik işğala 44 gün ərzində son qoydu və müharibədən qalan tör-töküntü hallarını da addım-addım, riyazi dəqiqliklə həll edir. Son aylar əldə olunun yüksəkliklər, Laçın buraxılış məntəqəsi, imzalanması ehtimalı hər gün artan sülh sazişini misal göstərə bilərik.


İkinci Qarabağ savaşından sonra Ali Baş Komandan İlham Əliyev demişdir: “Azərbaycan həm haqlıdır, həm güclü”.  Haqqımıza siyasətlə, gücümüzə sədaqətlə çatmışıq.


Orduya dövlətin və xalqın sədaqəti sonsuzluğa qədərdir. Komonda hərbi hissələrinin yaradılması bu gerçəyin bariz nümunəsidir.   

 

İyunun 23-də Azərbaycan Prezidenti Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birində yaradılan şəraitlə tanış olub, hərbi hissəyə Döyüş bayrağını təqdim edib.