Mətbuat Şurasının sədri Rəşad Məcid şəxsi "Facebook" hesabında idman jurnalistlərinin, xüsusən 2026-cı il Dünya Çempioanatının azərbaycanlı şərhçilərinin aparıcılığını yüksək qiymətləndirən status yazıb.
"Mediaekspert" həmin statusu olduğu kimi təqdim edir.
"İdman jurnalistlərimizin peşəkarlığı və məlumatlılığı barədə bir neçə dəfə fikir bildirmişəm. Futbol üzrə Dünya Çempionatını yayımlayan İctimai Televiziyanın operativliyini də xüsusi qeyd etmək, oyundakı hər qolun azca keçməmiş İTV-nin sosial media səhifələrində yerləşdirilməsini də vurğulamaq lazımdır. Amma oyunları şərh edən bizim idman jurnalistlərimizin səviyyəsi xüsusi qeyd olunmalıdır.
Tural Dadaşov barədə bir dəfə yazmışdım. Dilimizin zəngin qatlarından yeri gələndə məharətlə istifadə etmək, emosiya, həyəcan yaratmağı bacarmaq, komanda və oyunçular barədə ətraflı məlumatlar vermək!
Bizim aparıcılar valeh edirlər".




