Moskva görüşü bir daha təsdiqlədi – Ermənistan Azərbaycanla sülh sazişini imzalayacaq

Hətta Ermənistan mətbuatı belə, Azərbaycan Prezidenti İlham Əliyevin dünən Moskvada keçirilən Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibli iclasında ermənilərin təmsilçisi – baş nazir Nikol Paşinyanın arqumentlərini növbəti dəfə darmadağın etməsindən yazır.


Tədbirdə qonaq qismində iştirak edən Azərbaycan Prezidenti qarşısındakı Paşinyana növbəti dəfə anlatdı ki, Laçın dəhlizində heç bir mane yoxdur və qurulan sonuncu keçid buraxılış məntəqəsi bütün beynəlxalq qanunlara, qaydalara uyğun şəkildə təşkil olunub. Hər hansı erməni qanuni sənədlərini təqdim edərək, rahatlıqla Azərbayacan tərəfinə keçə bilər.




İclasad ilk söz İlham Əliyevə verildi. Azərbacan Prezidenti Avrasiya İqtisadi Birliyi ilə əmtəə dövriyyəsinin artdığını, gələcəkdə daha böyük artımların yüksək potensiala malik olduğunu, yeni kommunikasiya marşrutları qurulduğunu, bu istiqamətdə daha böyük işlər görülməsi üşün planlaşdırılan fəaliyyəti diqqətə çatdırdı.


Ölkənin əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək, həm də beynəlxalq dəmir yolu marşrutlarının bir hissəsi olacaq Zəngəzur dəhlizinin yaradılması təşəbbüsünü irəli sürdüyümüzü xatırladan Prezident  Azərbaycanda 8 beynəlxalq aeroport fəaliyyət göstərdiyini də vurğuladı.


İlham Əliyev ölkənin uğurlarını tam iqtisadi müstəqilliyə nail olduğumzula əlqələndirdi və qeyd etdi ki, bu da bizim uğurla həyata keçirdiyimiz müstəqil xarici siyasət kursunu aparmaq imkanının mühüm amilidir.

Azərbaycan ikitərəfli formatda, Ermənistan istisna olmaqla,  Avrasiya İqtisadi Birliyinə üzv ölkələrlə sıx əlaqələrə malikdir. Azərbaycanın həmin ölkələrlə 5 milyar dollara yaxın ticarət dövriyyəsi var.


Azərbaycan Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısıdır.  Zəngəzur dəhlizi region ölkələrinin tranzit potensialını yüksəldir və nəqliyyat sahəsində yeni imkanlar açır.


Azərbaycan müasir nəqliyyat-tranzit infrastrukturuna malikdir. Beynəlxalq dəniz ticarət limanı, Gəmiqayırma zavodu, müasir böyük donanma,  hava limanları və təyyarələr və s.  İxracın diversifikasiyası əsas hədəflərdən biridir.


Prezident ölkəmizin iqtisadi uğurlarını statistic faktlarla diqqətə çatdırdı.  

Baş nazir Nikol Paşinyan isə söz istəyən kimi ittihamlara keçdi. Bildirdi ki, Laçın dəhlizi Rusiya sülhməramlılarının nəzarəti altında olmalı idi, lakin təəssüf ki, Azərbaycan tərəfindən qanunsuz olaraq bloklanıb. Paşinyan onu da söylədi ki, Ermənistan regionda bütün nəqliyyat və iqtisadi kommunikasiyaların və Ermənistan Respublikasının ərazisindən keçən kommunikasiyaların blokadadan çıxarılmasına hazırdır.

Təbii ki, İlham Əliyev qarşı tərəfin ittihamına anındaca cavab verdi.


"Mən, əlbəttə, diskussiya açmaq istəmirəm. Lakin Ermənistana qarşı ərazi iddialarımızın olması barədə ittihamlar səsləndiyinə görə demək istəyirəm ki, bizim belə iddialarımız yoxdur. Mənim sözlərimdə ərazi iddialarının olmasını görmək üçün xüsusi canfəşanlıq etmək və ya güclü fantaziyaya malik olmaq lazımdır. Mənim istifadə etdiyim “dəhliz” sözünə gəldikdə, o zaman mən bu kəlməni dəqiq olaraq “Şimal-Cənub” dəhlizinə münasibətdə də işlətmişəm, bu söz elə həmin dəqiqliklə “Şərq-Qərb” dəhlizinə münasibətdə də istifadə olunur. “Dəhliz” sözü heç də kiminsə ərazisinə göz dikmək demək deyil. Bu, beynəlxalq termindir və düşünürəm, beynəlxalq terminologiya ilə tanış olan insanlar yəqin ki, ona bu gün Ermənistanın baş naziri kimi məna verməzdilər. Vladimir Vladimiroviçin dediyi kimi və Ermənistanın rəsmən Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığını nəzərə alsaq, hesab edirəm ki, sülh sazişinə nail olmaq üçün imkanlar var” – belə dedi Azərbaucan Prezidenti