Dünyada öldürülən və tutulan jurnalistlər

Jurnalistlərin Həmkarlar İttifaqı dünyada öldürülən, təhdid və fiziki xəsarət alan, həbsdə olan jurnalistlərin statistik siyahısını hazırlayıb. Belə bir siyahının hazırlanması və dəqiqliyinin təmin olunması olduqca ağır və vacib işdir. JuHİ-nin sədri Müşviq Ələsgərliyə böyük minnətdarlıq hissi ilə mediaekspert.az saytı həmin məlumatları təqdim edir.  

 

Beynəlxlq jurnalist təşkilatlarının 1990-cı ildən başlayaraq apardıqları sistemli monitorinqlərin nəticələrindən bəlli olur ki:

 

- 30 il müddətində (1991-2021-ci illər aralığı) dünyada 2.778 nəfər (İki min yeddi yüz yetmiş səkkiz)  jurnalist peşə fəaliyyətinə görə qətlə yetirilib, minlərlə jurnalist fiziki xəsarət və təhdidlər alıb. Yüzlərlə jurnalist həbs edilib.

 

2022-ci ili əhatə edən hesabatlarda qeyd edilir:

 

- Dünyada 67 nəfər jurnalist qətlə yetirilib. 363 nəfər  jurnalist həbsdə olub.

 

- Jurnalist qətlləri üzrə hər 10 işdən 9-u açmamış və cəzasız qalır. Cəzasızlığın kəmiyyəti 90 faizi ötür.

 

Beynəlxlq jurnalist təşkilatlarının hesabatlarında o da vurğulanır ki, jurnalist qətlləri və həbsi ilə bağlı problemlər dünyanın inkişafdan qalmış olkələrində deyil, həm də Avropada baş verir.

 

- 2022-ci ildə həbsdə olan 363 nəfər  jurnalistdən 124 nəfəri Avropa ölkələrinin, qalan 239 nəfər isə digər qitə dövlətlərinin payına düşür. Qətlə yetirilmiş 67 nəfər jurnalistdən isə 13 nəfəri Avropa ölkələrinin, qalan 54 nəfər digər qitə dövlətlərinin payına düşür.

 

- Son 30 il müddətində Avropa məkanında baş vermiş 40 jurnalist qətlinin üstü açılmayıb, bu qətllərə görə heç kim cəzalandırılmayıb.

 

- 2022-ci ildə Avaropa İttifaqına üzv  və namizəd ölkələrdə media azadlığının vəziyyətinə dair icmal tərtib edilib. Hesabat ümumilikdə 29 ölkəni  əhatə edib. Hesabatın ümumi göstəricilər bölümündə qeyd edilir ki:

 

Aİ üzv və namizəd ölkələrdə 2022-ci ildə 813 media insidenti müşahidə olunub ki, bu da yüksək rəqəmdir. Bunlardan 499-u Aİ üzv dövlətlərdə, 314-ü isə Aİ namizəd ölkələrdə qeydə alınıb.  İnsidentlərin tipləri isə  belə təsnifatlaşdırılır:

 

-  85 fiziki xəsarət hadisəsi,

-  176 şifahi ( verbal ) təhdid halı,

-  65 əmlaka (property)  zərər vurma,

-  113 hüquqi vasitələrlə (məhkəmələr yolu il) təsir,

-   60 senzura tətbiqetməsi...

-   Həbslər, qətləyetirmələr  və sair.


İsrailin Qəzza bölgəsində apardığı müharibə nəticəsində 84 jurnalist həlak olub. Bu dəhşətli statistikadan sonra dünyada öldürülən jurnalistlərin sayı 447-yə çatıb. 


Həbs olunan jurnalistlərin də sayı sürətlə artmaqdadır. Xüsusən İsrail-Fələstin qarşıdurması nəticəsində xeyli sayda media təmsilçisi məhz jurnalistlik fəaliyyətinə görə saxlanılıb, onların arasında peşəsini peşəkarlıqla icra etdiyinə görə azadlıqdan məhrum olunaraq müddətli cəzaya məruz qalanlar da var.