Mayın 8-də Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və Azərbaycan Respublikası Audiovizual Şurasının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Ümummilli Lider Heydər Əliyevin media siyasəti və müasir Azərbaycan mediası” mövzusunda konfrans keçirilib.
Konfransda açılış nitqi ilə çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov çıxış edib.
Azərbaycan Respublikası Audiovizual Şurasının sədri İsmət Səttarov, YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Heydər Əliyevin Azərbaycan mətbuatına diqqət və qayğısından bəhs ediblər.
“Ümummilli Lider Heydər Əliyev və Azərbaycan mediası” adlı videoçarx nümayiş olunub.
Azərbaycan Televiziyasının sədr müavini Rafiq Həşimov moderatorluğu ilə “Ümummilli Lider Heydər Əliyevin media siyasəti və müasir Azərbaycan mediası” mövzusunda keçirilən panel sessiyada deputat Hikmət Babaoğlu, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, Audiovizual Şuranın üzvü Telli Pənahqızı, “Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov Ulu Öndərin fenomen fəaliyyətinin mətbuata təsirləri barədə danışıblar.
Konfransda Jurnalist Ekspert Mərkəzinin sədri, Mətbuat Şurası İdarə Heyətinin üzvü Ceyhun Musaoğlu da iştirak edib.