“Allaha qədər olan məsafəni aldıq” Zəngilanlı jurnalist - VİDEO

Zəngilan şəhərinin düşmən işğalından azad olunmasından bir il ötür.

Prezident İlham Əliyev ötən ilin oktyabrın 20-də xalqa müraciətində işğaldan azad edilmiş yaşayış məntəqələrinin adlarını açıqlayıb.

Həmin gün Zəngilan şəhəri ilə yanaşı, rayonun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri də düşmən tapdağından azad edilib.

Bakupost.az xəbər verir ki, bu rayonda doğulan tanınmış jurnalist Ceyhun Musaoğlu AZTV-yə Zaəngilanla bağlı xatirələrini, düşüncələrini bölüşüb.