"Media sosial şəbəkələrin sürətinə çata bilmir. Sosial şəbəkələr dəqiqləşdirilməmiş informasiya yaya ciddi bilirlər, amma mətbuat dəqiqləşdirilməmiş heç bir məlumatı yaymaz və yaymamalıdır. Əksinə, sosial şəbəkələrdə yayılan yanlış informasiyaların qarşısının alınmasında əsas vəzifə mətbuatın üzərinə düşür. Mətbuat yayılmış dezinformasiyanın daha doğru variantını tapmalı, emal etməli və xəbəri dəqiqləşdirərək yenidən yaymalıdır”.
Bu sözləri SİA-ya açıqlamasında Jurnalist Ekspert Mərkəzinin sədri, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Ceyhun Musaoğlu deyib.
O bildirib ki, hansısa məktəbdə və ya obyektdə “bomba” qoyulması ilə bağlı sosial şəbəkələrdə yayılan xəbərin ardınca ciddi media nümayəndələrini adıçəkilən əraziyə göndərməli, onlar da məsələni araşdırmalı, şahidlər, yaxud iştirakçılarla danışmalı, hadisəyə kifayət qədər aydınlıq gətirəndən sonra onu informasiya yükü çox olan alternativ xəbər kimi yaymalıdır.
"Media orqanlarının da sosial şəbəkə hesabları var. Həmin xəbəri telefon vasitəsi ilə anındaca sosial şəbəkələrdə yaymaq mümkündür. Medianın bu şəkildə yanlış xəbərlərlə mübarizə aparmaq kimi imkanları mövcuddur və bu imkanlardan düzgün, zamanında istifadə etmək vacibdir”.
Müəllif: Səbinə Hüseynli