“Səsvermə prosesini işğaldan azad edilmiş ərazilərdə yaradılmış məntəqələrdə izlədik. Seçici fəallığı kifayət qədər yüksək idi”.
Bunu secki-2024.az saytına (https://kec.az/yDvYQ) açıqlamasında Jurnalist Ekspert Mərkəzinin (JEM) sədri, Mətbuat Şurası İdarə Heyətinin üzvü Ceyhun Musaoğlu deyib.
O bildirib ki, müşahidə apardığı 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsinin 105 saylı məntəqəsində və 122 saylı Xankəndi seçki dairəsinin 14 saylı məntəqəsində prosesi işıqlandıran jurnalistlər hərtərəfli iş şəraiti yaradılıb:
“Jurnalistlər Seçki Məcəlləsinin müvafiq tələblərinə yüksək səviyyədə əməl edirlər. Bunun nəticəsidir ki, yerli və beynəlxalq ictimaiyyət seçkinin gedişatı ilə bağlı operativ, dürüst şəkildə məlumatlandırılır. Hər hansı qanun pozuntusuna rast gəlımədik”.